Coğrafiya və təbii resurslar

ŞAMAXI – QOBUSTAN ZONASININ DAYANIQLI SU TƏMİNATI SİSTEMİNİN YARADILMASI

Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov, C.H.Hüseynov

“HIDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1102, Bakı ş., Tbilisi pr.

[email protected]

DOI: 10.59423/gnr.2024.38.36.001

X ü l a s ə

Mə­qa­lə­də Şa­ma­xı və Qo­bus­tan zo­na­sı­nın su tə­mi­na­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı ilə bağ­lı Şir­van çay­la­rı­nın su eh­ti­ya­tın­dan is­ti­fa­də et­mək­lə həll va­ri­an­tı­na ba­xıl­mış­dır. Hal-ha­zır­da bu zo­na­da kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri əsa­sən  dəm­yə şə­rai­tin­də əki­lib-be­cə­ri­lir. Əra­zi­də ye­rüs­tü və ye­ral­tı su eh­ti­yat­la­rı çox məh­dud­dur. Əra­zi­si­nin əsas çay­la­rı Pir­sa­at və Qoz­lu çay­la­rı­dır. Bu çay­lar əsa­sən ya­ğış su­la­rı ilə qi­da­la­nır və yay ay­la­rın­da qu­ru­yur. Şa­ma­xı və Qo­bus­tan şə­hər­lə­ri is­tis­na ol­maq­la əra­zi­də yer­lə­şən kənd­lə­rin su təc­hi­za­tı əsa­sən bu­laq­lar­dan is­ti­fa­də et­mək­lə apa­rı­lır. Son il­lər ya­ğın­tı­la­rın azal­ma­sı sə­bə­bin­dən bir çox bu­laq­lar qu­ru­muş və ya de­bit­lə­ri kəs­kin azal­mış­dır. Ək­sər ya­şa­yış mən­tə­qə­lə­ri­nin su tə­mi­na­tın­da hal-ha­zır­da cid­di sı­xın­tı­lar var­dır. Mər­kəz­ləş­di­ril­miş su təc­hi­za­tı­nın apa­rıl­ma­ma­sı və su tə­mi­na­tı­nın zə­if ol­ma­sı re­gi­on­da  ki­çik sə­na­ye sa­hə­lə­ri­nin və tu­rizm ob­yekt­lə­ri­nin ya­ra­dıl­ma­sı üçün cid­di prob­lem­lər ya­ra­dır.

Əra­zi­nin tor­paq fon­du və  aq­ro­iq­lim şə­rai­ti in­ten­siv bağ­çı­lı­ğın in­ki­şaf et­di­ri­mə­si üçün ge­niş im­kan­lar ya­ra­dır. La­kin su ça­tış­maz­lı­ğı bu im­kan­lar­dan ye­tə­rin­cə is­ti­fa­də­ni məh­dud­laş­dı­rır. Bu re­gio­nun da­ha sü­rət­li in­ki­şa­fı­na na­il ol­maq üçün Ağ­su­çay, Gir­di­man­çay və Göy­çay çay­la­rı­nın su eh­ti­yat­la­rı­nın bir his­sə­si­nin bu zo­na­ya yö­nəl­dil­mə­si tə­min olun­ma­lı­dır. Apar­dı­ğı­mız il­kin araş­dır­ma­lar bu çay­la­rın su eh­ti­ya­tın­dan is­ti­fa­də et­mək­lə bu əra­zi­yə özüa­xar hid­rav­li­ki re­jim­də ol­maq­la  sa­ni­yə­də 1.5-2.0 kub met­rə qə­dər su­yun ve­ril­mə­si­nin müm­kün ol­du­ğu­nu gös­tə­rir.

Açar sözlər: su ehtiyatı, suvarma suyu, çay, su sərfi, çoxillik su sərfi, maksimal su sərfi, minimal su sərfi

ƏDƏBİYYAT

  1. Azər­bay­ca­nın kənd təs­sər­rü­fa­tı – 2013. Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si. Ba­kı 2013. 95 s.
  2. Əh­məd­za­də Ə.C., Hə­şi­mov A.C. En­sik­lo­pe­di­ya: Me­lio­ra­si­ya və su tə­sər­rü­fa­tı. Ba­kı, 2016, 632 s.
  3. Əha­li­nin su təc­hi­za­tı ilə tə­mi­na­tı­nın və­ziy­yə­ti . Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si. Ba­kı 2010. 65 s.
  4. Məm­mə­dov M.Ə. Azər­bay­ca­nın hid­roq­ra­fi­ya­sı. Ba­kı, 2002. 254 səh.
  5. Mü­se­yi­bov M.A. Azər­bay­ca­nın fi­zi­ki coğ­ra­fi-ya­sı. Ba­kı, 1998. 237 s.
  6. Иманов Ф.А. Минимальный сток рек Кавказа. Баку. 2000. 298 с.
  7. Кашкай Р.М. Водный баланс Большого Кав­ка­за в пределах Азербайджанской ССР. Баку: Элм, 1973. 110 с.
  8. Крицкий С.Н., Менкель М.Ф. Методические основы построения водохозяйственных балансов // Труды Гидропроекта. М.; Л., 1964. Вып. 12. с. 167–185.
  9. Руководство по составлению водохоз­яй­ствен­ных балансов // Материалы ЕЭК ООН. Нью-Йорк, 1974. 89 с.
  10. Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Aзер­байджанской ССР. Баку, 1989. 285 ст.

 

Çapa qəbul olunub: 15 mart 2024

Məqaləni yüklə

Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov, C.H.Hüseynov – Şamaxı – Qobustan zonasının dayanıqlı su təminatı sisteminin yaradılması. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 3-10.