MÜASİR İQLİM DƏYİŞMƏLƏRİ FONUNDA SON İLLƏRDƏ (2021-2022) AZƏRBAYCANIN HİDROMETEOROLOJİ ŞƏRAİTİNİN TƏHLİLİ
R.N.Mahmudov1, V.İ.Məmmədova2, F.S.Dadaşova3
1Elm və Təhsil nazirliyi, akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu,
2,3ETSN Milli Hidrometeorologiya Xİdməti
DOI: 10.59423/gnr.2023.48.37.001
X ü l a s ə
Məqalə real hidrometeoroloji müşahidə məlumatlarına əsasən 2021-2022- ci illərdə regional iqlim dəyişmələrinin respublika ərazisində təhlilinə və onun ölkənin hidrometeoroloji şəraitinə təsirinin tədqiqinə həsr olunmuşdur. Müəyyən olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi 2020 və 2022-ci illərdə də ölkə ərazisində orta illik temperaturlarının artması baş vermişdir və bu müvafiq olaraq +2,10C və +20C təşkil etmişdir.
2021- ci ildə ən çox temperatur artımı 1-200 m və > 1000 m-dən artıq yüksəkliklərdə + 2,20C və ən az isə ≤ 0 m-dən aşağı ərazilərdə +1,60C baş vermişdir. Regionlar üzrə isə, ən çox temperatur artımı +2,50C Kiçik Qafqazda, ən az artım Abşeron-Qobustanda +1,60C olmuşdur. 2022-ci ildə isə, orta illik temperatur artımı 2,00C olmuş və ən çox artım yenə 1-200 m yüksəklik intervalında +2,20C və ən az artım (+1,30C) 501-1000 m yüksəkliklərdə olmuşdur. Regionlar üzrə isə, ən çox artım Naxçıvan MR – də (+2,10C), ən az artım Böyük Qafqazda +0,70C təşkil etmişdir. Orta illik yağıntının miqdarı azalaraq hər iki ildə — 134 mm olmuşdur. Ən çox yağıntı miqdarının azalması 201-500 m yüksəklik intervalında baş vermişdir – 175 mm.
Kür çayının – Qıraqkəsəmən məntəqəsində orta illik su sərfi son 10 ildə (2012-2022) 375 m3/s – dən 202 m3/s-ə qədər azalmışdır. Xəzər dənizinin səviyyəsi tədqiq olunan illər ərzində də müvafiq olaraq – 20 sm və — 28 sm aşağı düşmüşdür.
Açar sözlər: İqlim, iqlim dəyişmələri, temperatur, yağıntı, yüksəklik, su sərfi.
ƏDƏBİYYAT
- Mahmudov R.N. Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, MAA-nın nəşri, 2022, 208 s.
- Gracier Mass Balance, Bulletin №10 (2006-2007), №11 (2008-2009), ICSU (WDS) – IUGG (IACS) – UNEP – UNESCO –WMO.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Mahmudov R.N., Məmmədova V.İ., Dadaşova F.S. Müasir iqlim dəyişmələri fonunda son illərdə (2021-2022) Azərbaycanın hidrometeoroloji şəraitinin təhlili. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 3-8.