Coğrafiya və təbii resurslar

MÜASİR İQLİM DƏYİŞMƏLƏRİ FONUNDA SON İLLƏRDƏ (2021-2022) AZƏRBAYCANIN HİDROMETEOROLOJİ ŞƏRAİTİNİN TƏHLİLİ

 

R.N.Mahmudov1, V.İ.Məmmədova2, F.S.Dadaşova3

1Elm və Təhsil nazirliyi, akademik  H.Ə. Əliyev adına Coğrafiya İnstitutu,

 2,3ETSN Milli Hidrometeorologiya Xİdməti

[email protected]

DOI: 10.59423/gnr.2023.48.37.001

X ü l a s ə

Mə­qa­lə re­al hid­ro­me­teo­ro­lo­ji mü­şa­hi­də mə­lu­mat­la­rı­na əsa­sən 2021-2022- ci il­lər­də re­gio­nal iq­lim də­yiş­mə­lə­ri­nin res­pub­li­ka əra­zi­sin­də təh­li­li­nə və onun öl­kə­nin hid­ro­me­teo­ro­lo­ji şə­rai­ti­nə tə­si­ri­nin təd­qi­qi­nə həsr olun­muş­dur. Mü­əy­yən olun­muş­dur ki, əv­vəl­ki il­lər­də ol­du­ğu ki­mi 2020 və 2022-ci il­lər­də də öl­kə əra­zi­sin­də or­ta il­lik tem­pe­ra­tur­la­rı­nın art­ma­sı baş ver­miş­dir və bu mü­va­fiq ola­raq +2,10C və +20C təş­kil et­miş­dir.

2021- ci il­də ən çox tem­pe­ra­tur ar­tı­mı 1-200 m və > 1000 m-dən ar­tıq yük­sək­lik­lər­də + 2,20C və ən az isə ≤ 0 m-dən aşa­ğı əra­zi­lər­də +1,60C baş ver­miş­dir. Re­gi­on­lar üz­rə isə, ən çox tem­pe­ra­tur ar­tı­mı +2,50C Ki­çik Qaf­qaz­da, ən az ar­tım Ab­şe­ron-Qo­bus­tan­da +1,60C ol­muş­dur. 2022-ci il­də isə, or­ta il­lik tem­pe­ra­tur ar­tı­mı 2,00C ol­muş və ən çox ar­tım ye­nə 1-200 m yük­sək­lik in­ter­va­lın­da +2,20C və ən az ar­tım (+1,30C) 501-1000 m yük­sək­lik­lər­də ol­muş­dur. Re­gi­on­lar üz­rə isə, ən çox ar­tım Nax­çı­van MR – də (+2,10C), ən az ar­tım Bö­yük Qaf­qaz­da +0,70C təş­kil et­miş­dir. Or­ta il­lik ya­ğın­tı­nın miq­da­rı aza­la­raq hər iki il­də – 134 mm ol­muş­dur. Ən çox ya­ğın­tı miq­da­rı­nın azal­ma­sı 201-500 m yük­sək­lik in­ter­va­lın­da baş ver­miş­dir – 175 mm.

Kür ça­yı­nın – Qı­raq­kə­sə­mən mən­tə­qə­sin­də or­ta il­lik su sər­fi son 10 il­də (2012-2022) 375 m3/s – dən 202 m3/s-ə  qə­dər azal­mış­dır. Xə­zər də­ni­zi­nin sə­viy­yə­si təd­qiq olu­nan il­lər ər­zin­də də  mü­va­fiq ola­raq – 20 sm və – 28 sm aşa­ğı düş­müş­dür.

Açar sözlər: İqlim, iqlim dəyişmələri, temperatur, yağıntı, yüksəklik, su sərfi.

 

ƏDƏ­BİY­YAT

  1. Mah­mu­dov R.N. Azər­bay­can­da re­gio­nal iq­lim də­yiş­mə­lə­ri və təh­lü­kə­li hid­ro­me­teo­ro­lo­ji ha­di­sə­lər. Ba­kı, MAA-nın nəş­ri, 2022, 208 s.
  2. Gracier Mass Balance, Bulletin №10 (2006-2007), №11 (2008-2009), ICSU (WDS) – IUGG (IACS) – UNEP – UNESCO –WMO.

 

Çapa qəbul olunub: 18 may 2023

Məqaləni yüklə

 

Mahmudov R.N., Məmmədova V.İ., Dadaşova F.S. Müasir iqlim dəyişmələri fonunda son illərdə (2021-2022) Azərbaycanın hidrometeoroloji şəraitinin təhlili. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 3-8.