NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MƏSKUNLAŞMA VƏ MİQRASİYA PROBLEMLƏRİ
Z.N.Eminov, H.M.Tahirova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Naxçıvan Muxtar Respublikasında əhalinin məskunlaşması və sosial-demoqrafik proseslərin inkişafı iqtisadi amillərlə bilavasitə əlaqədardır. Əhalinin miqrasiyası məskunlaşmanın, iqtisadi və sosial-demoqrafik inkişafın əsas göstəricisidir. Ona görə ki, miqrasiya siyasi, iqtisadi, sosial, demorqafik və s. proseslər nəticəsində baş verir və demoqrafik vəziyyətə ciddi təsir göstərir. Bu baxımdan məskunlaşma və miqrasiya proseslərinin nizamlanması, onun Muxtar Respublikanın inkişafına, demoqrafik təhlükəsizliyinə uyğun idarə edilməsi vacib məsələlərdən biridir.
Muxtar Respublikada müstəqilliyin ilk illərində müşahidə edilən sosial-iqtisadi çətinliklər miqrasiya intensivliyinin artmasına səbəb olmuşdur. Bu dövrdə kənd əhalisinin miqrasiyası güclü olmuşdur. Bu axın əsasən şəhərlərə və Muxtar Respublikadan kənara yönəlmişdir.
Son vaxtlar həyata keçirilən iqtisadi və sosial tədbirlər nəticəsində əhalinin xarici ölkələrə və Abşeron regionuna olan miqrasiyaları azalmışdır. Hətta Muxtar Respublikadan köçüb gedənlərin bir hissəsinin əvvəlki yaşayış yerlərinə geri qayıtmaları da müşahidə olunur. Məqalədə yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikasında məskunlaşma və miqrasiya prosesləri təhlil olunur, onların nizamlanması istiqamətində təkliflər və tövsiyələr verilir.
Açar sözlər: miqrasiya, kənd məskunlaşması, şəhər məskunlaşması, demoqrafik inkişaf, təbii artım, sosial-iqtisadi vəziyyət
ƏDƏBİYYAT
- Abbasova V.Z. Naxçıvan MR-də yaşayış məntəqələrinin təsnifatı və inkişaf perspektivləri. AMEA xəbərləri, Yer elmləri seriyası, 2006, № 3, s. 89-97.
- Azərbaycan Respublikasının coğrafiyası. 2015. III cild. Bakı, Avropa, 400 s.
- Azərbaycanın əhalisi – 2016. Bakı, DSК, 2017, 134 s.
- Azərbaycanın əhalisi – 1991-2015-ci illər. 1992-2016, Bakı, DSK.
- Azərbaycanın demoqrafik göstəriciləri – 2016. 2017. Bakı: DSK.
- Azərbaycanın demoqrafik göstəriciləri – 2000-2015 ci-illər. 2001-2016. Bakı, DSK.
- Azərbaycanın regionları – 2016.2017. Bаkı: DSК.
- Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. XIII cild. 2010.
- Eminov Z.N. 2005. Azərbaycanın əhalisi. Bakı, Çıraq, 560 s.
- Mehrəliyev E.Q., Əyyubov N.H., Sadiqov M.O. 1988. Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. Bakı, Elm, 196 s.
- Tahirova H.M. Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri. Bakı, 2016 ,“Avropa” nəşriyyatı, 204 s.
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə