GƏNCƏ-DAŞKƏSƏN SƏNAYE QOVŞAĞININ FORMALAŞMASINDA AQRAR-SƏNAYE KOMPLEKSİNİN ROLU
F.R.Bağırova
Gəncə Dövlət Universiteti
Xülasə. Aqrar-sənaye kompleksinə (ASK) daxil olan sahələr kiçik və orta şəhərlərlə yanaşı, bəzi kənd və qəsəbələrin də iqtisadi bazası rolunu oynayır. Bura daxil olan sahələrdə əhalinin xeyli hissəsi məşğul olur, onların gəlirlərinin əsas hissəsi bu sahənin hesabına formalaşır. Əldə edilən gəlirlər infrastruktur sahələrinin yaradılmasına da imkan verir. ASK-nın mühüm tərkib sahəsi kimi kənd təsərrüfatının ixtisaslaşma istiqaməti təbii-coğrafi şəraitdən, torpaq, su və aqroiqlim ehtiyatlarından istifadə edilməsi imkanlarından asılıdır. Bu sahədə istehsal edilən məhsullar yüngül və yeyinti sənayesi obyektlərinin fəaliyyətinə imkan verir. Onlar əksər inzibati rayon mərkəzlərinin təsərrüfatının əsasını təşkil edir.
Gəncə-Daşkəsən sənaye qovşağının formalaşmasında ASK-ya daxil olan sahələr xüsusi rol oynayır. Regionda kənd təsərrüfatı məhsullarının becərilməsi üçün əlverişli şərait vardır. Buna görə üzümçülük, taxılçılıq, meyvəçilik, kartofçuluq məhsullarının becərilməsi, heyvandarlığın inkişafı və onların məhsullarının emalı əsas sahələrdir. Bu sahələr şəhər və kəndlərin inkişafında, ölkənin ərzaq təhlükəsizləyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
ƏDƏBIYYAT
- Azərbaycanın statistik göstəriciləri -2016. Bakı: DSK, 2017, 814 s.
- Azərbaycanın kənd təsərrüfatı – 2016. Bакı: ДSК, 2017, 608 с.
- Azərbaycanın regionları – 2016. Bаkı: DSК, 2017. 806 s.
- Azərbaycanın sənayesi – 2016. Bаkı: DSК, 2017, 344 s.
- Azərbaycanın demoqrafik göstəriciləri – 2016. Bakı: DSK, 2017, 472 s.
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). “Azərbaycan” qəz., Bakı, 2004, 13 fevral.
- Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. “Respublika” qəz., Bakı, 2009, 16 aprel.
- Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər). Bakı, DSK. Yanvar 2014, 507 с.
- Regionların sosial-iqtisadi inkişafı (2014-2018-ci illər). Bakı, DSK. Yanvar 2016, 594 с.
- Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı (2008-2015). Bakı, 2008, 51 s.
- Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı, 2015, 327 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
- Ə.T.Zeynallı. Azərbaycan kənd təsərrüfatı coğrafiyasının müasir problemləri. Bakı, 2005. 392 s.
- N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- Каталог компаний. Министерство ЭР Азербайджанской Республики. Баку, 2011, 143 с.
- Агропромышленный комплекс. Каталог компаний. Министерство ЭР Азербайджанской Республики. Баку, 2012, 128 с.