BÖYÜK QAFQAZ ÇAYLARININ YERÜSTÜ VƏ YERALTI AXIMININ ÇOXİLLİK TƏRƏDDÜDLƏRİ
F.Ə.İmanov1, İ.S.Əliyeva2
1“Azərsu”ASC, “Sukanal” Elmi-Tədidqiqat və Layihə İnstitutu
2Bakı Dövlət Universiteti
X ü l a s ə
Məqalə çayların yerüstü və yeraltı axımının çoxillik tərəddüdlərinin təhlilinə həsr olunmuşdur. Müşahidə dövrü 1934-2017-ci illəri əhatə edən 17 hidroloji məntəqənin məlumatlarından istifadə edilmişdir. Sıraların statistik strukturu analiz edilmiş, axım göstəricilərinin sinxronluq dərəcəsi qiymətləndirilmiş, onların xətti trend analizi yerinə yetirilmişdir. Sıraların stasionarlığı Fişer və Styudent meyarlarına görə qiymətləndirilmiş, avtokorrelyasiya əmsalı hesablanmışdır. Sinfaz və sinxron tərəddüdlərin təhlilində müvafiq olaraq fərq inteqral əyriləri və korrelyasiya metodu tətbiq olunmuşdur. Xətti trendlərin statistik əhəmiyyətliliyi cüt korrelyasiya əmsalı və onun standart xətasına görə qiymətləndirilmişdir. Müəyyən olunmuşdur ki, hər iki axım göstəricisi sıralarının əsas hissəsinin bircinsliyi dispersiya və ya orta kəmiyyətə görə pozulmuşdur. Baxılan sıralar yüksək avtokorrelyasiya ilə səciyyələnir. Çayların yeraltı axımının çoxillik tərəddüdlərinin sinfazlığı və sinxronluq dərəcəsi yerüstü axım ilə müqayisədə daha yüksəkdir. Çayların böyük əksəriyyətinin yeraltı axımı çoxillik dövr ərzində artır. Yerüstü axım sıralarında isə müxtəlif işarəli trendlər aşkar olunmuşdur. Yeraltı axımın xətti trendlərinin çoxu, yerüstü axımın trendlərinin isə təqribən yarısı statistik baxımdan əhəmiyyətlidir.
Açar sözlər: yeraltı axım, yerüstü axımı, çoxillik tərəddüdlər, sıranın stasionarlığı, avtokorrelyasiya əmsalı, korrelyasiya matrisi, xətti trend
ƏDƏBİYYAT
1.Imanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi. Bakı: Mütərcim, 2017. -352 s.
2.İmanov F.Ə., Əliyeva İ.S. Böyük Qafqaz çaylarına yeraltı axımın illik qiymətlərinin təyini metodu // Su Problemləri, elm və texnologiyalar, № 2 (12), 2018. Bakı, s.17-26.
3.Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, NAA, 2018. – 232s.
4.Бейтс Б.К., Кунцевич З.В., Палютикоф С.У,Ж.П. (ред.). 2008г.: Изменение климата и водные ресурсы. Технический документ Межправительственной группы экспертов по изменению климата, Секретариат МГЭИК, Женева, 228 с.
5.Водные ресурсы России и их использование // Под ред. проф. И.А.Шикломанова.–СПб.: Государственный гидрологический институт. 2008. – 600 с.
6.Евстигнеев В.М. Речной сток и гидрологические расчеты. М.: Изд-во МГУ, 1990. 304с.
7.Закономерности гидрологических процессов. Под редакцией Н.И.Алексеевского. М.: ГЭОС, 2012. – 736с.
8.Иманов Ф.А. Минимальный сток рек Кавказа. Баку, Изд-во «Нафта-Пресс», 2000.-298с.
9. Иманов Ф.А., Гасанова Н.И., Агаев З.Б. Многолетние колебания стока рек Азербайджана // Вопросы географии, №145, Гидрологические изменения, Москва, Издательский дом «Кодекс», 2018, C.277-284.
10.Калинин Г.П. Проблемы глобальной гидрологии. Л.: Гидрометеоздат, 1968. 377с.
11.Рустамов С.Г., Кашкай Р.М. Водный баланс Азербайджанской ССР. Баку, Элм, 1978.-110 с.
12.Сикан А.В. Методы статистической обработки гидрометеорологической информации. СПБ.: изд. РГГМУ, 2007.- 279с.
13.Dai, A. and K.E. Trenberth, 2002: Estimates of freshwater discharge from continents: Latitudinal and seasonal variations. J.Hydrometeorol., 3, 660-687
14.David A. Chin. Water-resources Engineering (Second edition). Pearson Education International, USA, New Jersey, 2006.- 572 pp.
15.Hodgkins,G.A., R.W Dudley and T.G.Huntington,2003: Changes in the timing of high river flows in New England over the 20th century.J.Hydrol., 278 (1-4), 244-252.
16.Hodgkins,G.A., R.W Dudley and T.G.Huntington,2005: Summer low flows in New England during the 20th century. J.Am. Water Resources Assoc., 41(2), 403-412.
17.Karamouz M., Ahmadi A., Akhbari M. Groundwater hydrology: Engineering, Planning, and Management. CRC Press. 2011. – 634pp.
18.UNESCO and UNESCO i-WSSM. 2019. Water Security and the Sustainable Development Goals (Series 1). Global Water Security Issues (GWSI) Series, UNESCO Publishing, Paris.
Çapa qəbul olunub: 30 avqust 2020