Coğrafiya və təbii resurslar

BƏRGÜŞAD ÇAYININ SU EHTİYATINDAN İNTEQRASİYALI  İSTİFADƏ

 

Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov

“HIDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1102, Bakı ş., Tbilisi pr.

[email protected], [email protected]

DOI: 10.59423/gnr.2023.20.18.002

 

X ü l a s ə

Mə­qa­lə­də Bər­gü­şad ça­yı­nın su eh­ti­ya­tın­dan ət­raf əra­zi­lə­rin su­var­ma su­yu ilə tə­mi­na­tın­da is­ti­fa­də olun­ma­sı ilə bağ­lı apa­rıl­mış araş­dır­ma­la­rın nə­ti­cə­lə­ri ve­ril­miş­dir. Apa­rıl­mış hid­ro­lo­ji he­sa­bat­lar ça­yın məc­ra­sın­da, Qu­bad­lı şə­hə­rin­dən yu­xa­rı­da, 540 m müt­ləq sə­viy­yə­də su an­ba­rı­nın ti­kil­mə­si­nin məq­sə­də­uy­ğun ol­du­ğu­nu gös­tə­rir. Bu sə­viy­yə­də ti­ki­lə­cək su an­ba­rın­dan gö­tü­rü­lə­cək su ilə Qu­bad­lı, Zən­gi­lan, Cəb­ra­yıl və Fü­zu­li ra­yon­la­rı­nın əra­zi­sin­də yer­lə­şən, 60 min hek­ta­ra qə­dər  mün­bit tor­paq sa­hə­lə­ri­ni su­var­ma su­yu ilə  tə­min et­mək müm­kün ola­caq­dır.

Tər­tib olun­muş hid­rav­li­ki sxe­mə əsa­sən an­bar­dan gö­tü­rü­lə­cək su­yun, özüa­xım­lı sis­tem ya­ra­dıl­maq­la Fü­zu­li ra­yo­nu­nun əra­zi­sin­də yer­lə­şən, Aşa­ğı Kön­də­lən­çay su an­ba­rı­na yö­nəl­dil­mə­si nə­zər­də tu­tul­muş­dur. Su­var­ma sa­hə­lə­rin­də qış və və yay fə­sil­lə­rin­də su tə­lə­ba­tın­da ya­ra­nan fərq­lə­ri nə­zə­rə ala­raq ça­yın su eh­ti­ya­tı­nın, ti­ki­lə­cək su kə­mə­ri­nin tras­sa­sı bo­yun­ca, ümu­mi həc­mi 220 mln kub met­rə qə­dər olan 5 ədəd tən­zim­lə­yi­ci lo­kal su an­bar­la­rın­da top­lan­ma­sı nə­zər­də tu­tul­muş­dur. Bu su an­bar­la­rı­na qış ay­la­rın­da top­la­na­caq su eh­ti­ya­tın­dan is­ti­fa­də et­mək­lə, yay ay­la­rın­da müs­tə­qil  şə­kil­də ət­raf­da yer­lə­şən əkin sa­hə­lə­ri­nin su­va­rıl­ma­sı apa­rı­la bi­lə­cək­dir. Ha­zır­lan­mış hid­rav­li­ki sxe­mə əsa­sən təz­yiq­li su kə­mə­ri üzə­rin­də 5 yer­də, ümu­mi gü­cü 19.8 Mvt olan SES-nın ya­ra­dıl­ma­sı da nə­zər­də tu­tul­muş­dur.

Açar sözlər: suvarma suyu, çay, su ehtiyatları, su anbarı, məcra.

 

ƏDƏ­BİY­YAT

  1. Qa­ra­bağ və Şər­qi Zən­gə­zu­run coğ­ra­fi­ya­sı: Tə­bii-coğ­ra­fi şə­ra­it və so­si­al -iq­ti­sa­di in­ki­şaf po­ten­sia­lı.//Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı, akad. H.Ə.Əli­yev adı­na Coğ­ra­fi­ya İns­ti­tu­tu. Ba­kı, 2021.
  2. Məm­mə­dov M.Ə. Azər­bay­ca­nın hid­roq­ra­fi­ya­sı. Ba­kı, 2002.
  3. Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Aазербайджанский ССР. Баку, 1989.
  4. Əh­məd­za­də Ə.C., Hə­şi­mov A.C. En­sik­lo­pe­di­ya Me­lio­ra­si­ya və su tə­sər­rü­fa­tı. Ba­kı 2016.
  5. Məm­mə­dov Ə.Ş., Ca­vad­za­də E.B., Bay­ra­mov A.Ə., Əli­ye­va N.İ. Hə­kə­ri ça­yı­nın su eh­ti­yat­la­rın­dan komp­leks is­ti­fa­də. Azər­bay­can Coğ­ra­fi­ya Cə­miy­yə­ti­nin əsər­lə­ri, Coğ­ra­fi­ya və tə­bii re­surs­lar, №3 (18), 2022. Səh. 14-21.

 

Çapa qəbul olunub: 18 may 2023

Məqaləni yüklə

 

Məmmədov Ə.Ş., Cavadzadə E.B., Bayramov A.Ə. Bərgüşad çayının su ehtiyatından inteqrasiyalı  istifadə. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 9-16.