Coğrafiya və təbii resurslar

AZƏRBAYCAN SU OBYEKTLƏRİNDƏ SUYUN ÇİRKLƏNMƏ SƏVİYYƏSİNİN TƏDQİQİ (2018-ci il üzrə)

R.N.Mahmudov, F.S.Dadaşova, E.R.Yunuszadə

ETSN, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu, Bakı ş. H.Əliyev pros. 10, 

 [email protected], [email protected], [email protected]

X ü l a s ə

Təqdim olunan məqalədə 2018-ci ildə Respublika çaylarının, göllərinin və su anbarlarının xarakterik çirkləndiricilər tərəfindən çirklənmə səviyyəsi Su Çirklənmə İndeksinə uyğun olaraq tədqiq edilmişdir. Təhlillər göstərir ki, Respublikanın əsas su arteriyası olan Kür və Kiçik Qafqaz  çayları digər re­gionların çaylarından daha çox çirklənməyə, Böyük Qafqazın Cənub və Şi­mal-Şərq yamaclarının çayları isə az çirklənməyə məruz qalır. Abşeron göl­lə­rindəki müşahidələrin nəticələrinə görə ən çox çirklənmiş göllər Böyük Şor, Xocahəsən, Masazır və Kürdəxanı gölləridir.  Ən az çirklənməyə məruz qalan Yasamal gölüdür.

Çayların, göllərin çirklənmə səviyəsi 2015- 2017-ci illər üzrə çirklənmə səviyyəsi ilə müqayisə edilmiş  bu illərdə çay sularında çirklənmə səviyyəsi eyni qalsada göllərdə, xüsusən Xocahəsən gölündə çirklənmə səviyyəsinin artdığı müşahidə edilir.

Xarakterik çirkləndiricilərin qatılıqlarının YVQH-a nisbətən müqayisəli təhlili göstərir ki, bütün məntəqələrdə Lənkəran Təbii Vilayət çaylarından baş­qa normadan artıq çirklənmə müşahidə edilir.

Açar sözlər: Kür çayı, Böyük Qafqaz, Kiçik Qafqaz, su obyektləri, çay hövzələri, çirkləndiricilər, kimyəvi tərkib.

 

ƏDƏBİYYAT

  1. Abduyev M.A. Kimyəvi axımın forma­laş­ma­sı­na fiziki-coğrafi amillərin təsiri (Azərbaycan Res­pub­likası daxilində) M.A.Abduyev Coğrafiya və təbii re­surslar, №1, 2015 s. 63-67
  2. İmanov F.Ə., Ələkbərov A.B. Azər­bay­ca­nın su ehtiyatlarının müasir dəyişmələri və inteqra­siyalı idarə edilməsi, Bakı, 2017, səh.352.
  3. Махмудов Р.Н. Региональные  клима­ти­чес­кие  изменения  и  речной сток в  Азер­бай­джане. Ме­теорология и гидрология,  №9, Мос­ква,  Гид­ро­мете­оиздат , 2016  с. 63 -69    
  4. Mahmudov R.N. Azərbaycan Respublikasının su ehtiyatları (azərbaycan, rus,  ingilis dillərində). ZİYA -RFP,  Bakı,  2003, 24 s .
  5. Məmmədov V.A. Kür çökəkliyi göllərinin ekohidroloji problemləri və onların tənzimlənməsinin əsas prinsipləri. Bakı, “Nafta-Press”, 2011. 340s.

 

Çapa qəbul olunub: 30 avqust 2020

Məqaləni yüklə