XÜSUSİ MÜHAFİZƏ  OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN QƏBƏLƏ RAYONUNUN EKOLOJİ VƏZİYYƏTİNƏ TƏSİRİ

 

F.C.Ağayeva

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr. 115 

firuzaaghayeva.geoph@gmail.com

DOI: 10.59423/gnr.2023.71.52.014

X ü l a s ə

Zən­gin tə­bii sər­vət­lə­ri və fü­sün­kar tə­biə­ti ilə se­çi­lən Qə­bə­lə  ra­yo­nu Baş Qaf­qaz sil­si­lə­si­nin cə­nub ya­ma­cı­nın yük­sək dağ­lı­ğın­dan baş­la­mış mər­kə­zi his­sə­si Qa­nıx-Əy­ri­çay va­di­sin­də, cə­nub his­sə­si isə Acı­no­hur ön dağ­lı­ğın­da yer­lə­şir. Təd­qi­qat əra­zi­sin­də sərt, kəs­kin par­ça­lan­mış rel­ye­fin  ol­ma­sı, bu­ra­da in­ten­siv ge­dən aşın­ma, yu­yul­ma, sü­rüş­mə, uç­qun pro­ses­lə­ri, sel ha­di­sə­lə­ri və me­şə yan­ğın­la­rı ekol­ji tar­qaz­lı­ğa mən­fi tə­sir gös­tə­rir.Ey­ni za­man­da tə­bii komp­leks­lə­rə mü­da­xi­lə, müx­tə­lif tə­sər­rü­fat fəa­liy­yət­lə­ri  tə­bii mü­va­zi­nə­tin po­zul­ma­sı­na – eko­lo­ji ger­gin­li­yin art­ma­sı­na sə­bəb olur. Qə­bə­lə ra­yo­nu­nun da­ya­nıq­lı in­ki­şa­fı­nı tə­min et­mək üçün eko­lo­ji ta­raz­lı­ğın qo­run­ma­sı müt­ləq­dir. Eko­lo­ji ta­raz­lı­ğın qo­run­ma­sın­da Xü­su­si Mü­ha­fi­zə Olu­nan Tə­bi­ət əra­zi­lə­ri­nin ro­lu çox əhə­miy­yət­li­dir. 1990-cı il­lər­dən son­ra təd­qi­qat əra­zi­sin­də XMO­TƏ-nin sa­hə­si 5,7 də­fə art­mış­dır. Əra­zi­si­nin 46,7%-ini XMO­TƏ təş­kil edir. Qə­bə­lə ra­yo­nu tə­biə­ti­nin mü­ha­fi­zə­si­nə diq­qə­tin ar­tı­rıl­ma­sı, qo­ruq, ya­saq­lıq, mil­li par­kın ya­ra­dıl­ma­sı və mü­ha­fi­zə­nin güc­lən­mə­si, Qə­bə­lə re­gio­nal me­şə tə­sər­rü­fa­tı mər­kə­zi­nin fəa­liy­yə­ti, me­şə­lər­də və yay və qış ot­laq­la­rın­da tə­bii bər­pa­nın for­ma­laş­ma­sı­na sə­bəb ol­muş­dur. Mə­qa­lə­də sa­da­la­nan pro­ses­lə­rin son və­ziy­yə­ti araş­dı­rıl­mış, həm çöl təd­qi­qa­tı həm də ka­me­ral şə­ra­it­də apa­rı­lan araş­dır­ma­nın nə­ti­cə­si ola­raq Qə­bə­lə ra­yo­nun XMO­TƏ-nin xə­ri­tə­si, ey­ni za­man­da aero­kos­mik şə­kil­lə­rin de­şif­rə­lən­mə­si za­ma­nı əl­də edi­lən mə­lu­mat­lar əsa­sın­da “Əra­zi­dən is­ti­fa­də və səth ör­tü­yü” xə­ri­tə­si tər­tib edil­miş­dir.

Açar sözlər: XMOTƏ, bioloji təbiət abidələri, ekoloji problemlər, təbiəti mühafizə, Qəbələ rayonu.

ƏDƏBIYYAT

  1. Azərbaycan Respublikası regional coğrafi prob­lemləri, Şəki-Zaqatala iqtisadi coğrafi rayonu, “Nafta-Press” nəşriyyatı, 2003, 190 s.
  2. Azərbaycanın statistik göstəriciləri, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2023, 26 sentyabr). Mənbə: https://www.stat.gov.az/source/
  3. Budaqov B.Ə. Azərbaycan Respublikası əra­zisinin ekoloji-coğrafi rayonlaşdırılması xəritəsi, Bakı, 2007, səh
  4. Dövlət təbiət qoruqları, AR Ekologiya və Təbii Sər­vətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: https://eco.gov.az/az/tebii-servetlerimiz/qoruqlar
  5. Dövlət təbiət yasaqlıqları, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: https://eco.gov.az/az/tebii-servetlerimiz/yasaqliqlar
  6. İbrahimov T.O., Azərbaycan qoruqları, Bakı, 2015, 139 s.
  7. İbrahimov T.O., Landşaft tədqiqatları və onların ekoloji problemləri, “Elm və təhsil”, Bakı-2015, 384 s.
  8. İsmayılov M.С., Cəbrayılov E.A. – Azər­bay­can­da xüsusi mühafizə olunan təbiət ərazilərinin landşaft-ekoloji müxtəlifliyi və karkas modeli, Coğrafiya və təbii resurslar, Bakı, 2019, 10(2), səh. 11-192
  9. Xüsusi mühafizə olunan təbiət əraziləri və ob­yekt­ləri haqqında, Azərbaycan Respublikasının Qa­nu­nu (2023, 20 noyabr). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi aktların vahid elektron bazası (2023, 15 sentyabr). Mənbə: https://e-qanun.az
  10. Qəbələ rayonu haqqında, Azərbaycan Res­publikası Qəbələ Rayon İcra Hakimiyyəti (2023 15 sentyabr). Mənbə: https://qebele-ih.gov.az/az/rayon-haqqinda.html
  11. Landsat 8 bands [1-7] , USGS Earth Explorer (2023, 10 sentyabr). Mənbə: https:// www.earthexplorer.usgs.gov
  12. Milli parklar, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: http://eco.gov.az/az/tebii-servetlerimiz/milli-parklar
  13. Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycan meşələri, 2022, 622 s.
  14. Müseyibov M.A., Azərbaycanın fiziki coğ­ra­fiyası Bakı, 1998, 399 s.
  15. Təhməzov B.H., Yusifov E.F., Əsədov K.S. Azərbaycanın bioloji təbiət abidələri, “Adiloğlu”, Bakı, 2004, 569 s.
  16. Aghayeva F.C. – Wildfire hazard and risk assessment at the instance of Gabala district, 6th Intercontinental Geoinformation Days (IGD), 2023, pp. 274-277.

 

Çapa qəbul olunub: 20 dekabr 2023

Məqaləni yüklə

 

F.C.Ağayeva Qəbələ rayonunun ekoloji vəziyyətinə xüsusi mühafizə  olunan təbiət ərazilərinin təsiri. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 97-107.

 

Similar Posts

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir