XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN QƏBƏLƏ RAYONUNUN EKOLOJİ VƏZİYYƏTİNƏ TƏSİRİ
F.C.Ağayeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2023.71.52.014
X ü l a s ə
Zəngin təbii sərvətləri və füsünkar təbiəti ilə seçilən Qəbələ rayonu Baş Qafqaz silsiləsinin cənub yamacının yüksək dağlığından başlamış mərkəzi hissəsi Qanıx-Əyriçay vadisində, cənub hissəsi isə Acınohur ön dağlığında yerləşir. Tədqiqat ərazisində sərt, kəskin parçalanmış relyefin olması, burada intensiv gedən aşınma, yuyulma, sürüşmə, uçqun prosesləri, sel hadisələri və meşə yanğınları ekolji tarqazlığa mənfi təsir göstərir.Eyni zamanda təbii komplekslərə müdaxilə, müxtəlif təsərrüfat fəaliyyətləri təbii müvazinətin pozulmasına – ekoloji gerginliyin artmasına səbəb olur. Qəbələ rayonunun dayanıqlı inkişafını təmin etmək üçün ekoloji tarazlığın qorunması mütləqdir. Ekoloji tarazlığın qorunmasında Xüsusi Mühafizə Olunan Təbiət ərazilərinin rolu çox əhəmiyyətlidir. 1990-cı illərdən sonra tədqiqat ərazisində XMOTƏ-nin sahəsi 5,7 dəfə artmışdır. Ərazisinin 46,7%-ini XMOTƏ təşkil edir. Qəbələ rayonu təbiətinin mühafizəsinə diqqətin artırılması, qoruq, yasaqlıq, milli parkın yaradılması və mühafizənin güclənməsi, Qəbələ regional meşə təsərrüfatı mərkəzinin fəaliyyəti, meşələrdə və yay və qış otlaqlarında təbii bərpanın formalaşmasına səbəb olmuşdur. Məqalədə sadalanan proseslərin son vəziyyəti araşdırılmış, həm çöl tədqiqatı həm də kameral şəraitdə aparılan araşdırmanın nəticəsi olaraq Qəbələ rayonun XMOTƏ-nin xəritəsi, eyni zamanda aerokosmik şəkillərin deşifrələnməsi zamanı əldə edilən məlumatlar əsasında “Ərazidən istifadə və səth örtüyü” xəritəsi tərtib edilmişdir.
Açar sözlər: XMOTƏ, bioloji təbiət abidələri, ekoloji problemlər, təbiəti mühafizə, Qəbələ rayonu.
ƏDƏBIYYAT
- Azərbaycan Respublikası regional coğrafi problemləri, Şəki-Zaqatala iqtisadi coğrafi rayonu, “Nafta-Press” nəşriyyatı, 2003, 190 s.
- Azərbaycanın statistik göstəriciləri, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2023, 26 sentyabr). Mənbə: https://www.stat.gov.az/source/
- Budaqov B.Ə. Azərbaycan Respublikası ərazisinin ekoloji-coğrafi rayonlaşdırılması xəritəsi, Bakı, 2007, səh
- Dövlət təbiət qoruqları, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: https://eco.gov.az/az/tebii-servetlerimiz/qoruqlar
- Dövlət təbiət yasaqlıqları, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: https://eco.gov.az/az/tebii-servetlerimiz/yasaqliqlar
- İbrahimov T.O., Azərbaycan qoruqları, Bakı, 2015, 139 s.
- İbrahimov T.O., Landşaft tədqiqatları və onların ekoloji problemləri, “Elm və təhsil”, Bakı-2015, 384 s.
- İsmayılov M.С., Cəbrayılov E.A. – Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin landşaft-ekoloji müxtəlifliyi və karkas modeli, Coğrafiya və təbii resurslar, Bakı, 2019, 10(2), səh. 11-192
- Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında, Azərbaycan Respublikasının Qanunu (2023, 20 noyabr). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi aktların vahid elektron bazası (2023, 15 sentyabr). Mənbə: https://e-qanun.az
- Qəbələ rayonu haqqında, Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti (2023 15 sentyabr). Mənbə: https://qebele-ih.gov.az/az/rayon-haqqinda.html
- Landsat 8 bands [1-7] , USGS Earth Explorer (2023, 10 sentyabr). Mənbə: https:// www.earthexplorer.usgs.gov
- Milli parklar, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: http://eco.gov.az/az/tebii-servetlerimiz/milli-parklar
- Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycan meşələri, 2022, 622 s.
- Müseyibov M.A., Azərbaycanın fiziki coğrafiyası Bakı, 1998, 399 s.
- Təhməzov B.H., Yusifov E.F., Əsədov K.S. Azərbaycanın bioloji təbiət abidələri, “Adiloğlu”, Bakı, 2004, 569 s.
- Aghayeva F.C. – Wildfire hazard and risk assessment at the instance of Gabala district, 6th Intercontinental Geoinformation Days (IGD), 2023, pp. 274-277.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
F.C.Ağayeva Qəbələ rayonunun ekoloji vəziyyətinə xüsusi mühafizə olunan təbiət ərazilərinin təsiri. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 97-107.