Coğrafiya və təbii resurslar

SUTKALIQ MAKSİMAL YAĞINTILARIN  BİRGƏ TƏHLİL METODİKASI İLƏ  QİYMƏTLƏNDİRİLMƏSİ

A.R.Məhərrəmova 

Bakı Dövlət Universiteti

Z.Xəlilov küç., 23, Az 1148, Bakı, Azərbaycan

[email protected]

X ü l a s ə

Məqalə Abşeron yarımadasında sutkalıq maksimal yağıntıların birgə təhlil metodikasına görə qiymətləndirilməsinə həsr olunmuşdur. Hesablamalarda  dörd müşahidə məntəqəsinin 1961-2018-ci illəri əhatə edən məlumatlarından istifadə olunmuşdur. Bu metodika Azərbaycanda hidrometeooloji kəmiyyət­lə­rin nadir təkrarlnan qiymətlərinin hesablanmasında ilk dəfə tətbiq edil­miş­dir. Müəyyən olunmuşdur ki, sutkalıq maksimal yağıntıların fərdi sıralara və birgə təhlil metodikasına görə hesablanmış 1 % təminatlı qiymətləri bir-bi­rin­dən az fərqlənir. Müşahidə sıralarının statistik təhlilinin nəticələrinə əsas­la­na­raq, üç məntəqənin sutkalıq maksimal yağıntı məlumatları vahid sırada birləş­di­rilmiş və yağıntıların 1 % təminatlı qiyməti təyin olunmuşdur. Alınmış qiy­mət fərdi sıraların müvafiq qiymətləri ilə müqayisə edilmişdir. Qeyd etmək lazımdır ki, bu metodika statistik parametrləri bir-birinə yaxın olan müşahidə məntəqələrinin məlumatlarını  birgə təhlil etməyə imkan verir. Azərbaycanda hidrometeoroloji kəmiyyətlər, o cümlədən sutkalıq maksimal yağıntılar hündürlüyə görə dəyişir.

ƏDƏBİYYAT

1.Məhərrəmova A.R. Abşeron yarımadasında sut­ka­lıq maksimal yağıntıların çoxillik tərəddüdləri // Su Prob­lemləri, elm və texnologiyalar, № 2(17), 2020, s. 70-80.

2.Блохинов Е.Г. Распределение вероятностей ве­ли­чин речного стока. М.: Наука, 1974.-169с.

3.Крицкий С.Н., Менкель М.Ф. Гидрологические основы управления речным стоком. – М.: Наука, 1981.-256с.

4.Методические рекомендации по определению ос­новных расчётных гидрологических харак­те­рис­тик при наличии данных гидрометрических наблю­дений. Нижний Новгород, 2007.-133с.

5.Свод правил СП 33-101-2003. Определение ос­новных расчетных гидрологических характеристик. – М.: Стройиздат, 2004. – 72 с.

6.Сербов Н.Г., Кирияк С.Г. Применение сов­мест­ного анализа для уточнения   статистических оценок временных  рядов весеннего половодья (на примере левобережных притоков Днепра) // Ук­раїнський гідрометеорологічний журнал, 2009, №5. С. 205-210.

7.Сикан А.В., Щеглов Д.А. Оценка погреш­нос­тей выборочных параметров распределения гидро­логических рядов. // Четвертые Виноградовские чте­ния. Гидрология от познания к мировоззрению. Сборник докладов международной научной кон­фе­ренции памяти выдающегося русского ученого Юрия Борисовича Виноградова. Санкт-Пе­тер­бург­ский государственный университет. Санкт-Петер­бург, 2020. С. 530-535.

 

Çapa qəbul olunub: 05 oktyabr 2021

Məqaləni yüklə