ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNDA HAVANIN TEMPERATUR REJİMİNİN TƏDQİQİ

ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNDA HAVANIN TEMPERATUR REJİMİNİN TƏDQİQİ

S.H. Səfərov, A.H. Məcidzadə

AR Elm və Təhsil Nazirliyi akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu

E-poçt: safarov53@mail.ru

DOI: https://doi.org/10.59423/gnr.2025.31.13.002

PDF yüklə

Xülasə

Məqalədə 1980–2022-ci illər dövrü üzrə MERRA-2 (Modern-Era Retrospective Analysis for Research and Applications, Version 2) reanaliz məlumatlarına əsasən hazırkı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazisində temperatur rejimində baş vermiş ümumi tendensiyalar tədqiq edilmişdir.

Tədqiqat zamanı baxılan dövrdə orta illik və fəsillər üzrə temperaturlarda artım trendi müəyyən olunmuşdur. Fəsillər və illik dövr üzrə temperatur artımı 5%-lik təminat səviyyəsində statistik cəhətdən əhəmiyyətlidir. Aparılan hesablamalar göstərmişdir ki, Kəlbəcər və Laçın rayonları üzrə 1980–2000-ci illərlə müqayisədə 2001–2022-ci illərdə havanın orta illik temperaturu 0,9°C artmışdır. Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında isə bu artım 1,1°C təşkil etmişdir.

Aparılan təhlillər göstərir ki, bu nəticələr respublikanın digər regionlarında əldə olunmuş nəticələrlə uyğunluq təşkil edir. Rayonlar üzrə aylıq temperatur dəyişmələrinə baxıldıqda Kəlbəcər və Laçın rayonlarında ən böyük orta temperatur artımı fevral (1,7°C), mart (1,8°C) və oktyabr (1,3°C) aylarında müşahidə olunmuşdur. Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında isə temperatur fevral ayında 2°C, mart ayında 2,6°C artmış, aprel ayında isə dəyişiklik qeydə alınmamışdır.

Açar sözlər

Şərqi Zəngəzur, reanaliz, havanın temperaturu, iqlim dəyişmələri, temperatur anomaliyası


Məqalə haqqında

Daxil olub: 16 yanvar 2025
Qəbul olunub: 10 iyun 2025


Ədəbiyyat


Climate of Azerbaijan (edited by A.A. Madatadze and E.M. Shikhlinsky). (1968). Baku, 343 p.
Khalilov, S.H., Safarov, S.H. (2001). Monthly and Annual Norms of Air Temperature and Atmospheric Precipitation in the Republic of Azerbaijan (1961-1990). Baku, 2001, 109 p.
Museyibov, M.A. (1998). Physical Geography of Azerbaijan. Baku: “MAARİF” Publishing House. 400 p. (in Aze.).
Safarov, H., Akhlimanova, I., Safarov, E.S. (2022) Investigation of temperature and precipitation regimes of Shusha city in 1991-2020 by reanalysis data / The modern problems of the geography. The integration of science and education. Baku, pp. 26-32.
Safarov, H., Majidzade, A. (2023) The impact of climate change on the temperature regime of the Kelbajar and Lachin regions of the Republic of Azerbaijan / 7th Intercontinental Geoinformation Days (IGD), November 18-19 2023, p. 131-133.
Safarov, S.H., Huseynov, C.S., Ibrahimova, I.V. (2018). Features of Long-Term Temperature Changes in the Western Regions of the Republic of Azerbaijan. Scientific Works of the National Aviation Academy, No. 1, pp. 108-115.
Safarov, S.H., Huseynov, J.S., Ibrahimova, I.V., Safarov, E.S. (2018). The Main Features of Temperature Changes Occurring Over the Territory of Caspian Sea in Azerbaijan. Baku, pp. 85-89.
Sikan, A.V. (2007). Methods of Statistical Processing of Hydrometeorological Data. St. Petersburg: RGGMU, 279 p.


İstinad

Səfərov, S. H. & Məcidzadə, A. H. (2025). Şərqi Zəngəzur iqtisadi rayonunda havanın temperatur rejiminin tədqiqi. Coğrafiya və təbii resurslar, 11(1), 11–16. https://doi.org/10.59423/gnr.2025.31.13.002

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir