ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONUNUN KƏND ƏHALİSİNİN MƏŞĞULLUQ PROBLEMLƏRİ
S.F.Umaxanlı
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Regionların sosial-iqtisadi inkişafı sahəsində apardığı siyasətin mühüm göstəricilərindən biri də kənd əhalisinin məşğulluq probleminin həll edilməsidir. Məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, regionlarda əmək bazarının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasının sürətləndirilməsi və kənd əhalisinin səmərəli məşğulluğunun təmin edilməsi vacib məsələlərdəndir. Məqalədə Şəki-Zaqatala iqtisadi rayonunun kənd əhalisi, əmək ehtiyatları və onlardan səmərəli istifadə edilməsi, məşğulluq strukturu öyrənilmişdir. Həmin sahələrin təhlilləri əhalinin siyahıyaalma materialları və 2000-2020-ci illər üzrə statistik məlumatları əsasında hesablanmış və bu sahədə baş verən dəyişikliklər öyrənilmişdir. Eyni zamanda regionda kənd əhalisinin məşğulluq potensialı araşdırılmış və əhalinin qarşılaşdığı məşğulluq problemləri işıqlandırılmışdır. Regionun kənd əhalisinin məşğulluq problemləri təhlil edilmiş və onların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.
Açar sözlər: iqtisadi rayon, kənd yaşayış məntəqələri, kənd əhalisi, məşğulluq, əmək ehtiyatları, yeni iş yerləri
ƏDƏBİYYAT
- Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyaalmasının yekunları. I hissə. Bakı, DSK, 2000, 565 s.
- Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. I hissə. Bakı, DSK, 2010, 629 s.
- Azərbaycanın demoqrafik göstəriciləri. Bakı, DSK, 2021, 532 s.
- Azərbaycanın regionları. Bakı, DSK, 2021, 844 s.
- Azərbaycan Respublikasının Coğrafiyası “Regional coğrafiya” III cild, Bakı: Avropa, 2015, 400 s.
- Azərbaycan Respublikasının regional coğrafi problemləri. Şəki-Zaqatala iqtisadi rayonu. 2003. 190 s.
- Eminov Z.N. Azərbaycan əhalisi. Bakı: Çıraq, 2005, 558 səh.
- Eminov Z.N. Azərbaycanda əhalinin demoqrafik göstəricilərinin müasir vəziyyəti (Şəki-Zaqatala iqtisadi rayonu). // AMEA İqtisadiyyat İnstitutunun əsərləri, II (XII) buraxılış. Bakı: Elm, 2003, s. 127-138.
- Eminov Z.N. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun inkişaf perspektivləri / “Şəki-Zaqatala bölgəsinin təbii-dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri” konfransının materialları. Şəki: 2005, s. 79-82.
- Kərimov R.N. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda kənd məskunlaşmasının tədqiqi // “Coğrafya və təbii resurslar” jurnalı, Bakı, 2015. № 1, s. 91-95.
- Mehrəliyev R.M., Əyyubov N.H., Sadıqov M.O., Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. Bakı-Elm.1998, 192 səh.
- Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- H.Əyyubov, G.İ.Abdullayeva. Azərbaycanın qərb sərhədboyu ərazilərinin demoqrafik inkişaf xüsusiyyətləri və problemləri (Şəki-Zaqatala iqtisadi-coğrafi rayonu timsallında). / “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” elmi konfrans, Bakı: 2018, s.51-61
- Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri, Bakı, 2016, 184 s.
- Tahirova H.M. Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik inkişaf xüsusiyyətləri. /“Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” elmi konfrans, Bakı: 2016, s.52-62
- Tahirova H.M. Kəndlərin sosial-iqtisadi inkişafında kənd turizmin rolu /“Davamlı inkişafın təmin olunmasında turizmin rolu” Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfrans, Bakı: 2019, s.136-143
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə