TÜRYANÇAYIN SU EHTİYATINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN HƏLL VARİANTLARI
Ə.Ş.Məmmədov, A.Ə.Bayramov, E.B.Cavadzadə, C.H.Hüseynov
«HIDROLOQ» Məhdud Məsuliyyətli Cəmiyyəti
AZ 1102, Bakı ş., Tbilisi pr.
[email protected], [email protected]
DOI: 10.59423/gnr.2023.26.69.002
X ü l a s ə
Məqalə Türyançayın su ehtiyatının intiqrəolunmuş istifadəsi ilə bağlı təklif edilmiş layihə həllərinə həsr olunmuşdur. Son illərdə baş verən iqlim dəyişmələrinin (havanın temperaturunun artması və yağıntıların, xüsusən də qar ehtiyatının getdikcə azalması) regional təsirləri (çayların və bulaqların qida rejimində dəyişmələr) özünü daha çox içməli su təchizatında və suvarmada yaranan problemlərin artmasıyla hiss etdirir. Çay hövzəsində yerləşən yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı sisteminin olmaması və su təminatının zəif olması regionda kiçik sənaye sahələrinin yaradılması üçün ciddi problemlər yaradır. Cayın yuxarı axarında, 400-600 m mütləq səviyyələr arasında yerləşən 30 min hektara qədər münbit torpaq sahələri hal-hazırda əsasən dəmyə şəraitində əkib-becərilir. Ərazinin torpaq fondu və aqroiqlim şəraiti intensiv bağçılığın inkişaf etdiriməsi üçün geniş imkanlar yaradır. Lakin su çatışmazlığı bu imkanlardan yetərincə istifadəni məhdudlaşdırır. Türyan çayının axım rejimi tənzimlənmədiyi üçün onun su və hidroenerji ehtiyatından səmərəli istifadə olunmur.
Açar sözlər: suvarma suyu, çay, su ehtiyatları, çoxillik su sərfi, axım həcmi, ildaxili paylanma, gətirmələr axımı
ƏDƏBİYYAT
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklopediya: Meliorasiya və su təsərrüfatı. Bakı, 2016, 632 s.
- Həsənov M., Zamanov X., Vəliyev N. Azər-baycanın çayları, gölləri və su anbarları. Bakı, 1973, 278 s.
- Məmmədov M.Ə. Azərbaycanın hidroqrafiyası. Bakı, 2002, 254 s.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafi-yası. Bakı, 1998, 237 s.
- Иманов Ф.А. Минимальный сток рек Кавказа. Баку. 2000. 298 с.
- Кашкай Р.М. Водный баланс Большого Кавказа в пределах Азербайджанской ССР. Баку: Элм, 1973. 110 с.
- Крицкий С.Н., Менкель М.Ф. Методические основы построения водохозяйственных балансов // Труды Гидропроекта. М.;Л., 1964. Вып. 12. с. 167–185.
- Мамедов М.А. Расчеты максимальных расходов воды горных рек. Л.: Гидрометеоиздат, 1989. 184 с,
- Руководство по оценке допустимого отбора стока малых рек // Руководство по использованию, регулированию и охране водных ресурсов малых рек РСФСР. Свердловск, 1985. Вып. 9. 27 с.
- Руководство по составлению водохозяйственных балансов // Материалы ЕЭК ООН. Нью-Йорк, 1974. 89 с.
- Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Aзербайджанской ССР. Баку, 1989. 285 c.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
Ə.Ş.Məmmədov, A.Ə.Bayramov, E.B.Cavadzadə, C.H.Hüseynov — Türyançayın su ehtiyatından səmərəli istifadənin həll variantları. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 12-20.