География и природные ресурсы

GEOKONSERVASİYANIN BAŞLICA PRİNSİPLƏRİ HAQQINDA

 

İ.Т.Kəngərli

Xülasə. Məqalə geokonservasiyanın bir elm sahəsi olaraq bəzi aspektlərinin açıqlanmasına həsr olunmuşdur. Geokonservasiyanın yaranması və inkişafı tarixi qısa şəkildə təsvir edilir, onun obyekti (Yerin geoloji irsi), predmeti (geoloji abi­dələrin mühafizəsi üzrə tədbirlər kompleksi) və subyektlərinə (mühafizə tədbirlərinə dair qərar ve­rən tərəflər və onlardan bəhrələnən benefisiarlar) dair məlumat verilir. Məqalədə həmçinin mühafizə olunan nadir geoloji obyektin əsaslandırılması, konservasiyası və idarə edilməsi əsasında, geoloji irs obyektlərinin konservasiyasının əsas mərhə­lə­ləri təsvir edilir. Daha sonra nadir geoloji ob­yektlərin seçilməsi, təsviri və inventarlaşdırılması prosesinin dayandığı əsas fundamental prinsiplər (sinqulyarlıq, geoloji kontekstə riayət etmə, elmi yanaşma və məlumatın həssaslığı) açıqlanır. Ye­kun hissədə geokonservasiyanın Yer elmlərinin əlaqəli sahələrinin metodologiyasından istifadə edən fənlərarası elm sahəsinə, geoekologiyanın tər­kib hissəsi kimi ayrılmasının məqsədəuyğunluğu əsaslandırılır.

Açar sözləri: geosfer, geokonservasiya, ətraf mühitin mühafizəsi, Yerin geoloji irsi, nadir geo­loji obyektlər, geosaytlar, beynəlxalq əməkdaşlıq

 

Ədəbiyyat

  1. Black G., Gonggrijp G.P. Fundamental thoughts on earth-science conservation. Jb. Geol. B.-A., Vol. 133, No. 4, 1990, pp. 655-657.
  2. Digne-les-Bains Declaration. Declaration of the rights of the memory of the Earth. ProGEO. Digne, 1991, http://www.sgu.se/hotell/progeo/digne.html.
  3. European Environment Agency. Land cover and change accounts 2000-2018. September, 2019, https://www.eea.europa.eu/data-and-maps/dashboards/land-cover-and-change-statistics
  4. Sustainable use and management of natural Resources. Report No. 9. Publisher: European Environmental Agency. Copenhagen, 2005.
  5. Garcia-Cortés A., Rábano I., Locutura J., Bellido F., Fernández-Gianotti J., Martín-Serrano A., Quesada C., Barnolas A., Durán J.J. First Spa­nish contribution to the Geosites Project list of the geological frameworks established by consensus. Episodes, Vol. 24, No. 2, 2001, pp. 79-92.
  6. Grube A. The national park system in Ger­many. In: (O’Halloran D., Green C., Harley M., Stanley M., Knill J. eds.) Geological and landscape conservation. The Geological Society. London, 1994, 175-180.
  7. Ritchie H., Roser M. Land Use. Sep­tember, 2019, https://ourworldindata.org/land-use.
  8. Henriques M.H., dos Reis R.P., Brilha J., Mota T. Geoconservation as an emerging geo­science. Geoheritage, Vol. 3, No. 2, 2011, pp. 117-128.
  9. Henriques M.H., Brilha J. UNESCO Global geoparks: a strategy towards global understanding and sustainability. Episodes, Vol. 40, No. 4, 2017, pp. 349-355.
  10. Leenaers H., Schalke H. Planet Earth in our hands. In: (Nield T., Derbyshire E. eds.) Earth sciences for society. Earth sciences for society foundation. Leiden, The Netherlands, 2004.
  11. Satkunas J., Mikulenas V., Lazauskiene J., Raudsep R., Taht K., Markots A., Lacis A. Towards a geosites framework in Northern Europe – a first attempt in the Baltic States. In: (Parkes M.A. ed.) Natural and cultural landscapes: The geological foundation. Royal Irish Academy. Dublin, 2004, pp. 117-120.
  12. Theodossiou-Drandaki I., Nakov R., Wimbledon W.A.P. et al. IUGS Geosites project progress – a first attempt at a common framework list for South Eastern European Countries. In: (Parkes M.A. ed.) Natural and cultural landscapes: The geological foundation. Royal Irish Academy. Dublin, 2004, pp. 81-90.
  13. Wimbledon W., Ishchenko A., Gerasimenko N. et al. A first attempt at a Geosites framework for Europe – an IUGS initiative to support recognition of world heritage and European geodiversity. Geologica Balcanica, Vol. 28, No. 3-4, 1998, pp. 5-32.

 

Çapa qəbul olunub: 18 dekabr 2022

Məqaləni yüklə