GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN KƏNDLƏRİ VƏ KƏND ƏHALİSİNİN MƏSKUNLAŞMASI
H.M.Tahirova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2024.13.27.009
X ü l a s ə
Gəncə-Daşkəsən iqtisadi rayonu respublikada kənd yaşayış məntəqələri və kənd əhalisinin sayına görə axırıncı yerlərdən birini tutur. Respublikanın 3 – cü böyük şəhəri olan Gəncə şəhərinin bu regionda yerləşməsi kənd yaşayış məntəqələrinin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayır. Məqalədə kənd qrupları və onlarda məskunlaşan əhalinin sayının 1999-2019-cu il müddətində dəyişilməsi təhlil edilmişdir. 20 il müddətində iqtisadi rayonun kəndlərinin sayı 8 kənd azalmışdır. Həmçinin bu təhlil inzibati rayonlar üzrə də aparılmış, hər bir rayonun inzibati quruluşunda baş verən dəyişikliklər və onların səbəbləri araşdırılmışdır. Bununla yanaşı iqtisadi rayon üzrə adları dəyişən kəndlər haqında da məlumat verilmişdir. 2019-cu ildə iqtisadi rayonda kəndlərin 75,8%-nin əhalisinin sayı 200-2000 nəfər arasında dəyişmişdir. Bu kəndlərdə iqtisadi rayonun kənd əhalisinin 63,9%-i toplanmışdır.
Açar sözlər: kənd məskunlaşması, kənd əhalisi, kənd qrupları, məskunlaşma sistemi, inzibati rayon, iqtisadi rayon.
ƏDƏBİYYAT
- Azərbaycan Respublika əhalisinin 1999-cu il siyahıyaalınmasının yekunları. I c. Əhalinin sayı, cins yaş tərkibi. Bakı: DSK, 2000, 565 s.
- Azərbaycan Respublika əhalisinin 2009-cu il siyahıyaalınmasının yekunları. I c. Əhalinin sayı, cins yaş tərkibi. Bakı: DSK, 2000, 565 s.
- Azərbaycan Respublika əhalisinin 2019-cu il siyahıyaalınmasının yekunları. I c. Əhalinin sayı, cins yaş tərkibi. Bakı: DSK, 2022,
- Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Bakı, 2013, 482 s.
- Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünün təsnifatı, 2019. Bakı, 2020, 120 s.
- Azərbaycan Respublikasında kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri. Bakı, 2021, 552 s.
- Azərbaycanın Demoqrafik göstəriciləri 2022. Bakı, DSK, 2023, 589 s.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
H.M.Tahirova — Gəncə-Daşkəsən iqtisadi rayonunun kəndləri və kənd əhalisinin məskunlaşması. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 67-75.