QLOBAL İQLİM DƏYİŞMƏLƏRİ DÖVRÜNDƏ BAKI BUXTASININ HİDROMETEOROLOJİ ŞƏRAİTİ
Z.S.Allahverdiyev, N.İ.Əhmədov, A.F.Əhmədova
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr., 115
Xülasə. Məqalədə Bakı hidrometeoroloji stansiyasının çoxillik (1961-2010-cu illər) yağıntı, külək, səth suyunun və havanın temperatur məlumatlarından istifadə etməklə hər bir hidrometeoroloji parametrin ortaaylıq, fəsillik, illik və çoxillik norma göstəriciləri ilə yanaşı, 1991-2010-cu illərin müvafiq parametr göstəriciləri hesablanmış, müqayisəli təhlillər aparılmışdır. 1991-2010-cu illərdə yağıntıların çoxaldığı, su və havanın temperaturunun iqlim normaları həddində olduğu alınmışdır. İstiqamətlər üzrə çoxillik təkrarlanmalarda şimal (29,1%), şimal ̶ şimal-qərb (11,6%) və cənub (13,1%) küləklərinin üstünlük təşkil etdiyi ğöstərilmişdir. Bu küləklərin orta sürətləri müvafiq olaraq 7,0 м/с, 5,6 м/с və 4,3 м/с –yə bərabər olmuşdur.
ƏDƏBİYYAT
- Allahverdiyev Z.S. “İqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəraitinə təsirinin tədqiqi”. Elmi hesabat, AMEA Elmi İnnovasiyalar Mərkəzi, döv. qeyd. №0110Аз2001, İnven №0311Аз142, Bakı, 2012-ci il, 162 səh.
- Səfərov S.H, Mahmudov R.N. Müasir iqlim dəyişmələri və Azərbaycan. Bakı, 2011, «Ziya», 312 s.
- Лоция Каспийского моря. Гидрографическое управление Военно–Морских Сил. 1954г., 300с.
- Монографический справочник. Том VI. Каспийское море (Под ред. Ф.С.Терзиева, А.Н.Косарева, А.А.Керимова). Санкт – Петербург. Гидрометеоиздат, 1992 г., 360 с.