MİL-MUĞAN İQTİSADİ RAYONUNDA KƏND MƏSKUNLAŞMASI VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ
E.A.Bayramov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2024.49.22.011
X ü l a s ə
Məqalədə müasir kənd məskunlaşması və onun inkişafı istiqamətləri Mil-Muğan iqtisadi rayonu nümunəsində geniş araşdırılır. Əsasən Mil-Muğan iqtisadi rayonunda əvvəlki illərdə əhalinin orta illik göstəriciləri, o cümlədən illər keçdikcə artım tendensiyası təhlil edilir. Bildiyimiz kimi davamlı inkişafa nail olmaqda müasir kənd məskunlaşmasının və inkişafının əhəmiyyətinin artması vacibdir. Müasir kənd məskunlaşması və inkişaf tendensiyalarına yeni texnologiyaların və innovasiyaların tətbiqi, infrastrukturun inkişafı və ekoloji dayanıqlılığın vurğulanması daxildir. Mil-Muğan iqtisadi rayonu kənd məskunlaşmasında olan meyillər, 1999-2019-cu illər ərzində 1-ci on ildə iri və çox iri kəndlərdə yəni 1001-2000 və 2001-3000 nəfər əhalisi olan qruplarda ən sürətli artım baş vermişdir, 2-ci on ildə isə artımın 3001-5000 və 5001 nəfərdən yuxarı əhalisi olan kənd qruplarını əhatə etməsi müşahidə olunmuşdur. İqtisadi rayonun müasir məskunlaşma sistemində daha çox əhali cəmlənməsi (sıxlığı) Muğan düzünün Kür və Arazboyu ərazilər üçün, o cümlədən inzibati rayonlar arasında Sabirabad və Saatlı üçün səciyyəvi olmuşdur. Həmçinin kəndlərin 72,0%-i və onlarda olan əhalinin 69,3%-i dəniz səviyyəsindən (0 m) aşağı ərazilərdə məskunlasmışdır. İnzibati rayonlar üzrə kəndlərin funksional təsnifatı kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına görə təhlil edilmişdir. Məqalədə müasir kənd məskunlaşmasının davamlı inkişaf istiqamətləri ilə bağlı təkliflər irəli sürülmüş, bu isə ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: Mil-Muğan iqtisadi rayonu, məskunlaşma, kənd, kənd aqlomerasiyası, funksional təsnifat
ƏDƏBİYYAT
- “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 7 iyul 2021-ci il, https://president.az/az/articles/view/52389
- “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 29 yanvar 2019-cu il, https://e-qanun.az/framework/41320
- Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıyaalmasının yekunları. Bakı-2010, I hissə, 629 s.
- Azərbaycan Respublikası əhalisinin 2019-cu il siyahıyaalınması. Bakı-2022, I hissə, 6 s.
- Azərbaycan Respublikasının Coğrafiyası “ Regional Coğrafiya ” II və III cildlər. Bakı, 2016.
- Azərbaycanın Demoqrafik Göstəriciləri. Bakı. DSK, 2022.
- Azərbaycan regionları Bakı – 2022, DSK.
- Azərbaycan əhalisi, məcmuələri, Bakı-DSK, 2000, 2010 və 2022-ci illər üzrə.
- Bədəlov E.S. Aran iqtisadi rayonunun kənd məskunlaşması //Azərbaycan Respublikası kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri. Bakı-2021, Optimist MMC, 552 s.
- Eminov.Z.N. – Azərbaycan əhalisi . Bakı:2005, 558 s.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N.: Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010. 416 səh 6
- İsmayılzadə P.Ə.- Azərbaycan Aran bölgəsinin etnoekoloji xüsusiyyətlərinə dair. Azərbaycan arxeoloqiyası və etnoqrafiyası-2011. – №1. –s.212-223
- Kənd təsərrüfatı siyahıyaalınması 2015. Bakı-2016, DSK., II c.364 s.
- Tahirova H.M. Əhalinin miqrasiyası // Azərbaycan Respublikası kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri. Bakı-2021, Optimist MMC, 552 s.
- Шихлы С. Sputnik Азербайджан. “Президент утвердил новое деление экономических районов АР”. Sputnik Азербайджан (rus). 2021-07-09.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
E.A.Bayramov – Mil-Muğan iqtisadi rayonunda kənd məskunlaşması və inkişaf istiqamətləri. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 83-91.