Coğrafiya və təbii resurslar

MİL-MUĞAN İQTİSADİ RAYONUNDA KƏND MƏSKUNLAŞMASI VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ

E.A.Bayramov

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,  akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115 

[email protected]

DOI: 10.59423/gnr.2024.49.22.011

X ü l a s ə

Mə­qa­lə­də müa­sir kənd məs­kun­laş­ma­sı və onun in­ki­şa­fı is­ti­qa­mət­lə­ri Mil-Mu­ğan iq­ti­sa­di ra­yo­nu nü­mu­nə­sin­də ge­niş araş­dı­rı­lır. Əsa­sən Mil-Mu­ğan iq­ti­sa­di ra­yo­nun­da əv­vəl­ki il­lər­də əha­li­nin or­ta il­lik gös­tə­ri­ci­lə­ri, o cüm­lə­dən il­lər keç­dik­cə ar­tım ten­den­si­ya­sı təh­lil edi­lir. Bil­di­yi­miz ki­mi da­vam­lı in­ki­şa­fa na­il ol­maq­da müa­sir kənd məs­kun­laş­ma­sı­nın və in­ki­şa­fı­nın əhə­miy­yə­ti­nin art­ma­sı va­cib­dir. Müa­sir kənd məs­kun­laş­ma­sı və in­ki­şaf ten­den­si­ya­la­rı­na ye­ni tex­no­lo­gi­ya­la­rın və in­no­va­si­ya­la­rın tət­bi­qi, inf­rast­ruk­tu­run in­ki­şa­fı və eko­lo­ji da­ya­nıq­lı­lı­ğın vur­ğu­lan­ma­sı da­xil­dir. Mil-Mu­ğan iq­ti­sa­di ra­yo­nu kənd məs­kun­laş­ma­sın­da olan me­yil­lər, 1999-2019-cu il­lər ər­zin­də 1-ci on il­də iri və çox iri kənd­lər­də yə­ni 1001-2000 və 2001-3000 nə­fər əha­li­si olan qrup­lar­da  ən sü­rət­li ar­tım baş ver­miş­dir, 2-ci on il­də isə ar­tı­mın 3001-5000 və 5001 nə­fər­dən yu­xa­rı əha­li­si olan kənd qrup­la­rı­nı əha­tə et­mə­si mü­şa­hi­də olun­muş­dur. İq­ti­sa­di ra­yo­nun müa­sir məs­kun­laş­ma sis­te­min­də da­ha çox əha­li cəm­lən­mə­si (sıx­lı­ğı) Mu­ğan dü­zü­nün Kür və Araz­bo­yu əra­zi­lər üçün, o cüm­lə­dən in­zi­ba­ti ra­yon­lar ara­sın­da Sa­bi­ra­bad və Sa­at­lı üçün sə­ciy­yə­vi ol­muş­dur. Həm­çi­nin kənd­lə­rin 72,0%-i və on­lar­da olan əha­li­nin 69,3%-i də­niz sə­viy­yə­sin­dən (0 m) aşa­ğı əra­zi­lər­də məs­kun­las­mış­dır. İn­zi­ba­ti ra­yon­lar üz­rə kənd­lə­rin funk­sio­nal təs­ni­fa­tı kənd tə­sər­rü­fa­tı sa­hə­lə­ri­nin ix­ti­sas­laş­ma­sı­na gö­rə təh­lil edil­miş­dir. Mə­qa­lə­də müa­sir kənd məs­kun­laş­ma­sı­nın da­vam­lı in­ki­şaf is­ti­qa­mət­lə­ri ilə bağ­lı tək­lif­lər irə­li  sü­rül­müş, bu isə öl­kə­nin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı üçün mü­hüm əhə­miy­yət kəsb edir.

Açar sözlər: Mil-Muğan iqtisadi rayonu, məskunlaşma, kənd, kənd aqlomerasiyası, funksional təsnifat

ƏDƏBİYYAT

  1. “Azər­bay­can Res­pub­li­ka­sın­da iq­ti­sa­di ra­yon­la­rın ye­ni böl­gü­sü haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­ma­nı, Ba­kı şə­hə­ri, 7 iyul 2021-ci il, https://pre­si­dent.az/az/ar­tic­les/vi­ew/52389
  2. “Azər­bay­can Res­pub­li­ka­sı re­gi­on­la­rı­nın 2019–2023-cü il­lər­də so­si­al-iq­ti­sa­di in­ki­şa­fı Döv­lət Proq­ra­mı”nın təs­diq edil­mə­si haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­ma­nı, Ba­kı şə­hə­ri, 29 yan­var 2019-cu il, https://e-qa­nun.az/fra­me­work/41320
  3. Azər­bay­can Res­pub­li­ka­sı əha­li­si­nin 2009-cu il si­ya­hı­ya­al­ma­sı­nın ye­kun­la­rı. Ba­kı-2010, I his­sə, 629 s.
  4. Azər­bay­can Res­pub­li­ka­sı əha­li­si­nin 2019-cu il si­ya­hı­yaa­lın­ma­sı. Ba­kı-2022, I his­sə, 6 s.
  5. Azər­bay­can Res­pub­li­ka­sı­nın Coğ­ra­fi­ya­sı “ Re­gio­nal Coğ­ra­fi­ya ” II və III cild­lər. Ba­kı, 2016.
  6. Azər­bay­ca­nın De­moq­ra­fik Gös­tə­ri­ci­lə­ri. Ba­kı. DSK, 2022.
  7. Azər­bay­can re­gi­on­la­rı Ba­kı – 2022, DSK.
  8. Azər­bay­can əha­li­si, məc­muə­lə­ri, Ba­kı-DSK, 2000, 2010 və 2022-ci il­lər üz­rə.
  9. Bə­də­lov E.S. Aran iq­ti­sa­di ra­yo­nu­nun kənd məs­kun­laş­ma­sı //Azər­bay­can Res­pub­li­ka­sı kənd­lə­rin de­moq­ra­fik in­ki­şa­fı və kənd əha­li­si­nin məs­kun­laş­ma­sı prob­lem­lə­ri. Ba­kı-2021, Op­ti­mist MMC, 552 s.
  10. Emi­nov.Z.N. – Azər­bay­can əha­li­si . Ba­kı:2005, 558 s.
  11. Pa­şa­yev N.Ə., Əy­yu­bov N.H., Emi­nov Z.N.: Azər­bay­can Res­pub­li­ka­sı­nın iq­ti­sa­di, so­si­al və si­ya­si coğ­ra­fi­ya­sı. Ba­kı: Çı­raq, 2010. 416 səh 6
  12. İs­ma­yıl­za­də P.Ə.- Azər­bay­can Aran böl­gə­si­nin et­noe­ko­lo­ji xü­su­siy­yət­lə­ri­nə da­ir. Azər­bay­can ar­xeo­lo­qi­ya­sı və et­noq­ra­fi­ya­sı-2011. – №1. –s.212-223
  13. Kənd tə­sər­rü­fa­tı si­ya­hı­yaa­lın­ma­sı 2015. Ba­kı-2016, DSK., II c.364 s.
  14. Ta­hi­ro­va H.M. Əha­li­nin miq­ra­si­ya­sı // Azər­bay­can Res­pub­li­ka­sı kənd­lə­rin de­moq­ra­fik in­ki­şa­fı və kənd əha­li­si­nin məs­kun­laş­ma­sı prob­lem­lə­ri. Ba­kı-2021, Op­ti­mist MMC, 552 s.
  15. Шихлы С. Sput­nik Азербайджан. “Прези­дент утвердил новое деление экономических райо­нов АР”. Sput­nik Азербайджан (rus). 2021-07-09.

Çapa qəbul olunub: 15 mart 2024

Məqaləni yüklə

E.A.Bayramov – Mil-Muğan iqtisadi rayonunda kənd məskunlaşması və inkişaf istiqamətləri. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 83-91.