KÜR DAĞARASI ÇÖKƏKLİYİ VİLAYƏTİNDƏ YAĞINTI REJİMİNİN UZUNMÜDDƏTLİ DƏYİŞMƏLƏRİ
S.H.Səfərov1, C.S.Hüseynov2, Z.G.Quliyev2
1AMEA, H.Əliyev adına Coğrafiya İnstitutu
2Azərbaycan Hava Yolları QSC, Azəraeronaviqasiya HHİ
AZ 1104, Bakı, Zabrat Hava Limanı
X ü l a s ə
Məqalədə Kür dağarası çökəkliyi vilayətində qlobal iqlim dəyişmələrinin yağıntı rejiminə təsiri tədqiq edilmişdir. Tədqiqatda vilayətin ərazisində yerləşən 15 hidrometeoroloji stansiyanın 1991-2016-cı illər üzrə yağıntı və temperatur müşahidə məlumatlarından istifadə edilmişdir. Çoxillik (1991-2016) yağıntıların müxtəlif göstəricilərinin müvafiq baza kəmiyyətləri (1961-1990) ilə müqayisəli təhlili aparılmışdır. Təhlillər zamanı çoxillik sıraya həmçinin 2 dövr (1991-2004, 2005-2016) üzrə də baxılmış və yağıntı miqdarının aylıq, fəsillik və illik dəyişmələrinin müqayisəli səciyyəsi verilmişdir. İqlim şəraitinin fərqli olmasına görə vilayətin Ceyrançöl, Qanıx-Əyriçay, Kür-Araz ovalığının qərbi, mərkəzi və dəniz sahili hissələrinin yağıntı rejiminə ayrı-ayrılıqda diqqət yetirilmişdir. Nəticələr göstərir ki, vilayətdə son 25 il ərzində temperaturun orta illik qiyməti 1961-1990-cı illərlə müqayisədə 0.70C artım olmuşdur. Bunun müqabilində 1991-2016-cı illər ərzində yağıntının illik miqdarı Beyləqan və Kürdəmir stansiyaları istisna olmaqla, digər stansiyalarda normaya (1961-1990) nisbətən azalmışdır. Bəzi yerlərdə bu azalma hətta 22%-ə çatmışdır. Alınmış nəticələr cədvəl, qrafik, histoqram və elektron xəritə şəklində təqdim edilmişdir. Kür dağarası çökəkliyi vilayətində orta illik temperaturun artması fonunda yağıntı miqdarının əsasən azalması gələcəkdə quraqlıq, səhralaşma və yeraltı su ehtiyyatlarının səviyyəsinin aşağı enməsi ilə nəticələnə bilər.
Açar sözlər: İqlim dəyişmələri, mitiqasiya, yağıntı miqdarı, anomaliya, norma kəmiyyəti, koreliyasiya, interpolyasiya, tendensiya
ƏDƏBİYYAT
- Abdullayev V.R. Azərbaycanın Xəzəryanı ərazilərində hava temperaturunun paylanması və çoxillik dəyişmələri /Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri, 2011, cild XVI, s. 233-236.
- Azərbaycan Respublikasının aqroiqlim atlası. Bakı-1993, 104 s.
- Həsənli L.A. Xəzər dənizinin Azərbaycan sahil zonasında meteoroloji parametrlərin müqayisəli analizi / Coğrafiya və təbii resurslar, 2017, №1, s.103-105.
- Hacıyev A.X. Kür-Araz ovalığında vegetasiya dövrünün temperatur şəraitinin təhlili /Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri, 2015, XVII cild, s.225-228.
- Xəlilov S.H., Səfərov S.H. Azərbaycan Respublikasında havanın temperaturunun və atmosfer yağıntılarının aylıq və illik normaları (1691-1990-cı illər). Bakı-2001, 229 s.
- Kərimov R.N. İqlim dəyişmələrinin təsirlərinin azaldılması və ona adaptasiya tədbirləri. Bakı-2016, 47 s.
- Məmmədov Ə.S. Azərbaycanda müasir iqlim dəyişmələri və onun proqnozlaşdırılması. Bakı- 2015, 328 s.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı, “Maarif”, 1998, 201s.
- Rəhimov X.Ş., Həsənov M.S., Tağıyeva U.R. İqlim dəyişmələrinin Azərbaycanın arid və semiarid zonalarının sərhədlərinə mümkün təsirinin qiymətləndirilməsi /Coğrafiya və təbii resurslar, 2015, № 2, s. 61-64.
- Səfərov S.H., Mahmudov R.N. Müasir iqlim dəyişmələri və Azərbaycan. Bakı-2011, 312 s.
- Səfərov S.H., Hüseynov C.S., İbrahimova İ.V. Azərbaycan Respublikasının qərb ərazilərində uzunmüddətli temperatur dəyişmələrinin xüsusiyyətləri /MAA-nın Elmi Əsərləri, 2018, №1, s.101-108.
- Şıxlınski. Ə.M. Azərbaycan Sovet Sosialist Respublikasının istilik balansı atlası. Moskva-1978, 93s.
- Климат Азербайджана (под ред. Э.М.Ших-линского и А.А.Мадатзаде). Изд. АН Азербайджанской ССР. Баку-1968, 342 с.
- Сафаров C.Г. Грозоградовые и селевые явления на территории Азербайджана и радиолокационные методы их прогрозирования. Баку-2012, 292c.
- Huisman O., Rolf A. Principles of Geographic Information Systems. 2009 by ITC, Enschede, The Netherlands.
- Rehfeld K., Münch T., Ling Ho S., Laepple T. Global patterns of declining temperature variability from the Last Glacial Maximum to the Holocene, Nature, 2018.
- Lindzen R.S., Taking Greenhouse Warming Seriously, Energy & Environment, vol.18, (2007), p. 937-950.
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə