GƏNCƏ-QAZAX REGİONUNDA KÜLƏK REJİMİNİN ÇOXİLLİK DƏYİŞMƏ XÜSUSİYYƏTLƏRİ VƏ ONUN AVİASİYA UÇUŞLARINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
M.F.Süleymanov
Milli Aviasiya Akademiyası,
AZ1045, Bakı şəhəri, Mərdəkan prospekti, 30
Xülasə. Məqalədə Ağstafa, Daşkəsən, Şəmkir, Gədəbəy, Gəncə və Göygöl-kurort meteoroloji stansiyalarının çoxillik külək məlumatlarından istifadə edilməklə, Gəncə-Qazax bölgəsində külək rejimi təhlil edilmiş və uçuşlara təsiri qiymətləndirilmişdir. Tədqiq olunan ərazi üzrə hakim küləklərin istiqaməti cəhətlər üzrə təyin edilmiş və güclü küləklərin orta qiymətləri hesablanmışdır. Ərazi üzrə sürəti >15 m/san olan küləklərin paylanması və çoxillik normaya nisbətən müqayisəli dəyişməsi öyrənilmişdir.
ƏDƏBİYYAT
- Hacıyev Q.Ə., Rəhimov V.Ə. Azərbaycan CCР inzibati rayonlarının iqlim səciyyəsi (Sorğu kitabı) Bakı, 1977, 268 s.
- Quliyev H.İ. Aviasiya meteorologiyası . Bakı, 2013, 362 s.
- Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr, MAA, Bakı, 2018, 231 s.
- Paşayev A.M., Sultanov V.Z., Hüseynov N.Ş., Nəbiyev R.N. Gəncə aeroportunun iqlim xarakteristikası. Bakı, 2003, 110 s.