Coğrafiya və təbii resurslar

DÖVLƏT PROQRAMLARINDA BİTKİÇİLİYİN İNKİŞAF ETDİRİLMƏSİNİN PERSPEKTİVLİYİ HAQQINDA

İ.İ.Ələskərzadə

Lənkəran Dövlət Universiteti

Lənkəran şəh. H.Aslanov xiyabanı-50

[email protected]

X ü l a s ə

Məqalənin məqsədi Dövlət Proqramlarının bitkiçiliyin inkişafında, əha­li­nin daimi iş yerləri ilə təmin edilməsində və rifah halının yüksəldilməsindəki rolunu müəyyən etməkdir. Məqalədə Lənkəran-Astara iqtisadi-coğrafi ra­yo­nunda bitkiçilik məhsullarının inkişafında bu proqramların rolunun mü­əyyən­ləşdirilməsinə yönəlmiş tədbirlərdən də bəhs olunur. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına və qey­ri-neft sektorunun inkişafına dair çoxyönlü tədbirlər həyata keçirir. Bu məq­sədlə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yö­nələn dövlət proqramları qəbul edilmişdir.

Müstəqillik əldə edildikdən sonra keçid iqtisadi şəraitdə olan Azər­bay­can­da bitkiçiliyin yerlərdə vəziyyətinin yaxşılaşdırılması və inkişafı üçün Dövlət Proqramlarının tətbiqinə başlanmışdır. Əldə edilən müsbət nəticələr bu Proq­ramların davam etdirilməsinə zəmin yaratdı. Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda çayçılıq, çəltikçilik, meyvəçilik və digər sahələrdə məhsul­darlığın və məhsul yığımında artımı müşahidə olunmasında bir sıra Dövlət Proq­ram­larının rolu vardır.

Açar sözlər: iqtisadi rayon, kənd təsərrüfatı, bitkiçilik, dövlət proqramları, yeni iş yerləri

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
  2. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
  3. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
  4. Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
  5. Azərbaycan kənd təsərrüfatı – Bakı, DSK-2020, 653 s.
  6. Astara rayonunun statistik göstəriciləri – Astara,2018, 68 s.
  7. Azərbaycan Respublikasında 2002-2006-cı il­lərdə aqrar bölmənin inkişafına dair Dövlət Proqramı
  8. Azərbaycan Respublikasında tütünçü­lü­yün in­kişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı
  9. Çayçılığın inkişafına dair 2018-2027-ci il­lər üçün Dövlət Proqramı
  10. Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı
  11. Lənkəran rayonunun statistik göstəriciləri – Lənkəran, 2018, 69 s
  12. Yardımlı rayonunun statistik göstəriciləri – Yardımlı, 2018, 65 s
  13. Sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı
  14. 1999-2000-ci illərdə Azərbaycan Respub­li­ka­sında aqrar islahatların dərinləşdirilməsi və kənd təsər­rüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında
  15. “2003-2005-ci illər üçün Azərbaycan Res­pub­likasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üz­rə Dövlət Proqramı”
  16. “2008-2015-ci illərdə Azərbaycan Respu­blika­sında əhalinin ərzaq məhsulları ilə etibarlı tə­minatına dair Dövlət Proqramı”
  17.  2012-2020-ci illərdə Azərbaycan Res­pub­lika­sında üzümçülüyün inkişafına dair Dövlət Proqramı

Çapa qəbul olunub: 01 mart 2021

Məqaləni yüklə