DÖVLƏT PROQRAMLARINDA BİTKİÇİLİYİN İNKİŞAF ETDİRİLMƏSİNİN PERSPEKTİVLİYİ HAQQINDA
İ.İ.Ələskərzadə
Lənkəran Dövlət Universiteti
Lənkəran şəh. H.Aslanov xiyabanı-50
X ü l a s ə
Məqalənin məqsədi Dövlət Proqramlarının bitkiçiliyin inkişafında, əhalinin daimi iş yerləri ilə təmin edilməsində və rifah halının yüksəldilməsindəki rolunu müəyyən etməkdir. Məqalədə Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda bitkiçilik məhsullarının inkişafında bu proqramların rolunun müəyyənləşdirilməsinə yönəlmiş tədbirlərdən də bəhs olunur. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına və qeyri-neft sektorunun inkişafına dair çoxyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn dövlət proqramları qəbul edilmişdir.
Müstəqillik əldə edildikdən sonra keçid iqtisadi şəraitdə olan Azərbaycanda bitkiçiliyin yerlərdə vəziyyətinin yaxşılaşdırılması və inkişafı üçün Dövlət Proqramlarının tətbiqinə başlanmışdır. Əldə edilən müsbət nəticələr bu Proqramların davam etdirilməsinə zəmin yaratdı. Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda çayçılıq, çəltikçilik, meyvəçilik və digər sahələrdə məhsuldarlığın və məhsul yığımında artımı müşahidə olunmasında bir sıra Dövlət Proqramlarının rolu vardır.
Açar sözlər: iqtisadi rayon, kənd təsərrüfatı, bitkiçilik, dövlət proqramları, yeni iş yerləri
ƏDƏBİYYAT
- Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
- Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
- Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
- Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
- Azərbaycan kənd təsərrüfatı – Bakı, DSK-2020, 653 s.
- Astara rayonunun statistik göstəriciləri – Astara,2018, 68 s.
- Azərbaycan Respublikasında 2002-2006-cı illərdə aqrar bölmənin inkişafına dair Dövlət Proqramı
- Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı
- Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı
- Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı
- Lənkəran rayonunun statistik göstəriciləri – Lənkəran, 2018, 69 s
- Yardımlı rayonunun statistik göstəriciləri – Yardımlı, 2018, 65 s
- Sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı
- 1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında
- “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”
- “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”
- 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə