ABŞERON İQTİSADİ-COĞRAFİ RAYONUNDA KÜLƏK ELEKTRİK STANSİYALARININ QURULMASI ÜÇÜN ƏLVERİŞLİ YER SEÇİMİ
N.S.İmamverdiyev AMEA akad. H. Əliyev ad. Coğrafiya İnstitutu imamverdiyev.nicat@gmail.com Xülasə. Məqalədə Abşeron iqtisadi rayonunun ərazisində külək elektrik stansiyalarının qurulması üçün əlverişli yer seçiminin coğrafiya informasiya sistemləri (CİS) vasitəsilə təhlili aparılmışdır. Tədqiqatda müxtəlif mənbələrdən əldə edilən xəritələr və meteoroloji məlumatlardan istifadə…
