Coğrafiya və təbii resurslar

BÖYÜK QAFQAZ VİLAYƏTİ ƏHALİSİNİN YAŞAYIŞ KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASINDA MƏŞĞULLUQ PROBLEMİNİN HƏLLİ

 

Z.N.Eminov, T.M.Hüseynova

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115

[email protected]

DOI: 10.59423/gnr.2023.36.11.010

X ü l a s ə

Döv­lə­tin hə­ya­ta ke­çir­di­yi so­si­al-iq­ti­sa­di in­ki­şaf si­ya­sə­ti­nin əsas gös­tə­ri­ci­lə­rin­dən bi­ri də əha­li­nin məş­ğul­luq prob­le­mi­nin həll edil­mə­si­dir.  Re­gi­on­lar­da əmək ba­za­rı­nın in­ki­şaf et­di­ril­mə­si, ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı­nın sü­rət­lən­di­ril­mə­si və əha­li­nin sə­mə­rə­li məş­ğul­lu­ğu­nun tə­min edil­mə­si va­cib mə­sə­lə­lər­dən­dir. Bu ba­xım­dan mə­qa­lə­də Bö­yük Qaf­qaz vi­la­yə­tin­də məş­ğul əha­li­nin sa­yı, onun iq­ti­sa­di fəa­liy­yət növ­lə­ri böl­gü­sün­də sa­yı, ye­ni iş yer­lə­ri haq­qın­da mə­lu­mat ve­ril­miş­dir. Təh­lil­lər əha­li­nin si­ya­hı­ya­al­ma ma­te­ri­al­la­rı və 2000-2020-ci il­lər üz­rə sta­tis­tik mə­lu­mat­lar əsa­sın­da he­sab­lan­mış və bu sa­hə­də baş ve­rən də­yi­şik­lik­lər öy­rə­nil­miş­dir. 2009 və 2020-ci il­lər üz­rə məş­ğul­luq struk­tu­ru iq­ti­sa­di ra­yon­lar üz­rə mü­qa­yi­sə­li təh­lil edil­miş­dir. Ey­ni za­man­da vi­la­yət­də ya­şa­yış key­fiy­yə­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də əha­li­nin pers­pek­tiv məş­ğul­lu­ğu araş­dı­rıl­mış­dır. Bu za­man qar­şı­ya çı­xan məş­ğul­luq prob­lem­lə­ri­nin həl­li yol­la­rı təh­lil edi­lir və on­la­rın ara­dan qal­dı­rıl­ma­sı üçün mü­va­fiq töv­siy­yə­lər ve­ril­miş­dir.

Açar sözlər: Böyük Qafqaz vilayəti, yaşayış keyfiyyəti, məşğul əhali, məşğulluq strukturu, yeni iş yerləri.

 

ƏDƏ­BİY­YAT

  1. Azər­bay­ca­nın re­gi­on­la­rı. Ba­kı, DSK, 2021, 828 s.
  2. Azər­bay­can Res­pub­li­ka­sı əha­li­si­nin si­ya­hı­ya¬alın­ma­sı, 2009-cu il. XIX cild. Ba­kı: 2011.
  3. Azər­bay­can Res­pub­li­ka­sı­nın Coğ­ra­fi­ya­sı “Re­gio­nal coğ­ra­fi­ya” III cild. AMEA, akad.H.Ə.Əli­yev adı­na Coğ­ra­fi­ya İns­ti­tu­tu. Ba­kı, 2015, 40 s.
  4. Azər­bay­can Res­pub­li­ka­sın­da kənd­lə­rin de­moq­ra­fik in­ki­şa­fı və kənd əha­li­si­nin məs­kun­laş­ma­sı prob­lem­lə­ri, Ba­kı, 2021, 552 s.
  5. Ağa­ki­şi­ye­va G.R. Şə­ki-Za­qa­ta­la iq­ti­sa­di-coğ­ra­fi ra­yo­nun­da əha­li­nin iş­lə tə­mi­na­tın­da tu­riz­min ro­lu. // “Azər­bay­can Res­pub­li­ka­sın­da de­moq­ra­fik in­ki­şaf: əha­li məs­kun­laş­ma­sı­nın pers­pek­tiv­lə­ri və re­gio­nal prob­lem­lə­ri” möv­zu­sun­da el­mi konf­ran­sın ma­te­ri­al­la­rı, Ba­kı, 2016, s.465-475
  6. Emi­nov Z.N. Azər­bay­can əha­li­si. Ba­kı: 2005, 558 s.
  7. Emi­nov Z.N., Rza­ye­va S.İ. Azər­bay­can Res­pub­li­ka­sın­da əha­li­nin hə­yat key­fiy­yə­ti­nin müa­sir və­ziy­yə­ti. Ba­kı, “Re­gi­on Press” MMC, 2022, 240 s.
  8. Hü­sey­no­va T.M. Bö­yük Qaf­qaz vi­la­yə­tin­də əha­li­nin ya­şa­yış key­fiy­yə­ti­nin yax­şı­laş­dı­rıl­ma­sın­da tu­riz­min ro­lu. // “Tu­rizm və rek­rea­si­ya XXI əsr­də: prob­lem­lər və pers­pek­tiv­lər” möv­zu­sun­da V Bey­nəl­xalq el­mi-prak­tik konf­ran­sın ma­te­ri­al­la­rı, Ba­kı 2021. s.171-175
  9. Qu­li­yev C.B., Ab­dul­la­yev R.S., Ri­za­ye­va M.H., Al­lah­ver­di­ye­va A.U. Rə­qa­bət qa­bi­liy­yət­li iq­ti­sa­diy­yat­da hə­yat sə­viy­yə­si və onun key­fiy­yət­cə yax­şı­laş­dı­rıl­ma­sı­nın so­si­al-iq­ti­sa­di prob­lem­lə­ri. Ba­kı, Av­ro­pa, 2014, 198 s.
  10. Mu­ra­dov, Ş.M. İn­san po­ten­sia­lı: əsas meyl­lər, re­al­lıq­lar, prob­lem­lər. Ba­kı: 2004. 656 s.
  11. N.Ə.Pa­şa­yev, N.H.Əy­yu­bov, Z.N.Emi­nov. Azər­bay­can Res­pub­li­ka­sı­nın iq­ti­sa­di, so­si­al və si­ya­si coğ­ra­fi­ya­sı. Ba­kı: Çı­raq, 2010, 416 s.
  12. Кривоносова Л. А. Качество жизни населения: технология оценки и механизмы использования в системе муниципального управления. Хабаровск, 2003
  13. Жеребин В.М., Романов А.П. Уровень жизни населения-М:, Юнити-ДАНА, 2002, 592 с.

 

Çapa qəbul olunub: 18 may 2023

Məqaləni yüklə

 

Eminov Z.N., Hüseynova T.M. Böyük Qafqaz vilayəti əhalisinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasında məşğulluq probleminin həlli. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 67-74.