Coğrafiya və təbii resurslar

BİOGEN VƏ MİKROBİOLOJİ MƏLUMATLARA ƏSASƏN  LƏNKƏRANÇAYIN MÜASİR EKOLOJİ VƏZİYYƏTİNİN TƏHLİLİ

A.Ə.Məlikov

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid pr.,115

[email protected]

X ü l a s ə

Lənkəran təbii vilayətində hal-hazırda ən çox antropogen təsirlərə məruz qa­lan çaylardan biri Lənkərançaydır. Çayın sahillərində düzgün təşkil edilməmiş turizm istirahət mərkəzlərində və istehsal müəssisələrində formalaşan tullan­tı­lar və çirkab suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa çaya atı­lır ki, bu da, çayın tədricən ekoloji tarazlığının pozulmasına gətirib çıxara bi­lər. Bundan başqa Lənkərançayın su mühafizə zonasının və sahil mühafizə zo­laqlarının qanunsuz olaraq mənimsənilməsi və çayın sahillərində özbaşına so­sial infrasturkturların yaradılması da başlıca ekocoğrafi problemlərdəndir. 2019-cu ilin iyun ayında 4 məntəqə üzrə çaydan və çayın sahilində fəaliyyət gös­tərən istehsal müəssisəsindən çaya tökülən axardan götürülən su nü­mu­nələri üzərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kom­pleks Ekoloji Monitorinq İdarəsinin (XKEMİ) laboratoriyasında aparılmış bi­ogen və mikrobioloji təhlillərin nəticələri də bunu bir daha təsdiq edir.

Açar sözlər: Lənkərançay, antropogen yüklənmə, ekoloji vəziyyət, çirkab suları, biogen və mikrobioloji məlumatlar

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının coğrafiyası, İqtisadi, sosial və siyasi coğrafiya, Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları, Bakı, 2015, II cild, s.105-115;
  2. Abduyev M.A. Azərbaycanın dağ çaylarının hid­ro­kimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın eko­loji təhlükəsizliyinin qiymətləndirilməsi, Coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim olun­muş dissertasiyasının avtoreferatı, Baкı, 2013, s.25;
  3. Abduyev M.A. Antropogen yüklənməyə görə çay hövzələrinin ekoloji vəziyyətinin qiymətləndirilməsi (Azərbaycan Respublikası daxilində), AMEA Xə­bər­lə­ri, Yer elmləri seriyası, № 3, Bakı, 2007, s. 95;
  4. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kom­pleks Ekoloji Monitorinq İdarəsinin su nü­mu­nə­lə­ri­nə dair arayışı və bülleteni, Masallı, Lənkəran, Lerik və Astara rayonlarının sahil zolağının ekoloji vəziyyəti, Bakı, 11 iul 2019, s.2-4;
  5. Меликов А. А. Оценки антропогенной наг­руз­ки на состояние рек Ленкоранской природной об­лас­ти Азербайджана, Воронеж, Вестник Во­ро­неж­ско­го государственного университета, Серия: Гео­гра­фия, Геоэкология, 2018, Выпуск № 2, С. 81.
  6. Məlikov A.Ə. Lənkərançayın antropogen çirk­lən­məsinin ekocoğrafi problemləri, AMEA Xəbərləri, Yer elmləri seriyası, № 3, Bakı, 2009, s.69.

Məqaləni yüklə