Coğrafiya və təbii resurslar

BAKI ŞƏHƏRİNİN QƏSƏBƏLƏRİ VƏ ONLARIN DEMOQRAFİK İNKİŞAFI

Z.A.Mirzəyeva

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

X ü l a s ə

Sosial-iqtisadi bazanın Bakı şəhərində cəmlənməsi, bununla nəticələnən bir tərəfli inkişaf, paytaxt mövqe və s. amillər demoqrafik potensialın da bura­da toplanmasına səbəb olmuşdur. Nəticədə həm şəhər mərkəzində, həm də ət­raf qəsəbələrdə əhalinin sayı sürətlə artmış, ərazi demoqrafik yüklənməyə mə­ruz qalmışdır. Tədqiqat aparılan 1989-2020-ci illər ərzində şəhər mərkəzində əhali ətraf qəsəbələrə nisbətən zəif templə artmışdır. Respublika üzrə bütün qəsəbələrin 22,6%-i, onlarda yaşayan əhalinin isə 66%-i Bakı şəhər qəsə­bə­lərinin payına düşür. Ölkə üzrə demək olar ki, bütün iri qəsəbələrin Bakı ət­rafında yerləşməsi əhali sayının çox olmasına gətirib çıxarır.

Məqalədə Bakı şəhər qəsəbələrinin demoqrafik inkişaf xüsusiyyətləri öy­rənilmiş, həmçinin qəsəbələrin formalaşmasına və sonrakı inkişafına təsir edən təbii-coğrafi, sosial-iqtisadi amillər araşdırılmışdır. Bakı şəhərində ge­dən urbanizasiya proseslərinin qəsəbələrə təsiri göstərilmiş, gələcək inkişaf istiqamətləri müəyyən edilmişdir.

Açar sözlər:

qəsəbə, şəhər əhalisi, demoqrafik proseslər, urbanizasiya, Bakı şəhəri

 

ƏDƏBİYYAT

  1. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı DSK, 2020, 529 s.
  2. Azərbaycanın əhalisi. Bakı DSK, 2020, 135 s.
  3. Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı 2015, 328 s.
  4. Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı 2015, 399 s.
  5. Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıya almasının yekunları. I hissə. əhalinin sayı, cins-yaş tərkibi. Bakı, DSK, 2000, 565 s.
  6. Azərbaycan Respublikası əhalisinin 2009-ci il siyahıya almasının yekunları. I hissə. əhalinin sayı, yerləşməsi,cins, yaş tərkibi və nikah vəziyyəti. Bakı, DSK, 2010, 629 s.
  7. “Bakı şəhər və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” 17 yanvar 2014.
  8. Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi ra­yo­nunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. Bakı 2016, 200 s.
  9. Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayo­nunda iqtisadi-sosial bazanın tənzimlənməsi isti­qa­mət­ləri. Coğrafiya və təbii resurslar № 1, 2016. s 70-73.
  10. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
  11. Əfəndiyev V.Ə., Dəmirqayayev Ş.Q. Azər­bay­can Respublikası şəhərlərinin inkişafının coğrafi mə­sələləri. Bakı 1995, 176 s.
  12. Əfəndiyev V.Ə., Qasımova F.E. Azərbaycanda qəsəbə. Bakı 2013, 219s.
  13. Əfəndiyev V.Ə., Nağıyev S.Q. Geourbanistika. Bakı 2016, 272 s.
  14. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haq­qında” Azərbaycan Respublikasının Qanunu. Bakı şə­həri, 13 iyun 2000-ci i № 892-IQ
  15. Hacızadə Ə.M. Azərbaycan SSR əhalisi və onun məskunlaşması. Bakı 1965, 216 s.
  16. Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O., Azərbaycan SSR-də əhalinin məskunlaşma mə­sə­lələri. Bakı 1988, 192 s.
  17. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğ­rafiyası. Bakı: Çıraq, 2010, 416 s

 

Çapa qəbul olunub: 15 dekabr 2021

Məqaləni yüklə