BAKI ŞƏHƏRİNİN QƏSƏBƏLƏRİ VƏ ONLARIN DEMOQRAFİK İNKİŞAFI
Z.A.Mirzəyeva
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Sosial-iqtisadi bazanın Bakı şəhərində cəmlənməsi, bununla nəticələnən bir tərəfli inkişaf, paytaxt mövqe və s. amillər demoqrafik potensialın da burada toplanmasına səbəb olmuşdur. Nəticədə həm şəhər mərkəzində, həm də ətraf qəsəbələrdə əhalinin sayı sürətlə artmış, ərazi demoqrafik yüklənməyə məruz qalmışdır. Tədqiqat aparılan 1989-2020-ci illər ərzində şəhər mərkəzində əhali ətraf qəsəbələrə nisbətən zəif templə artmışdır. Respublika üzrə bütün qəsəbələrin 22,6%-i, onlarda yaşayan əhalinin isə 66%-i Bakı şəhər qəsəbələrinin payına düşür. Ölkə üzrə demək olar ki, bütün iri qəsəbələrin Bakı ətrafında yerləşməsi əhali sayının çox olmasına gətirib çıxarır.
Məqalədə Bakı şəhər qəsəbələrinin demoqrafik inkişaf xüsusiyyətləri öyrənilmiş, həmçinin qəsəbələrin formalaşmasına və sonrakı inkişafına təsir edən təbii-coğrafi, sosial-iqtisadi amillər araşdırılmışdır. Bakı şəhərində gedən urbanizasiya proseslərinin qəsəbələrə təsiri göstərilmiş, gələcək inkişaf istiqamətləri müəyyən edilmişdir.
Açar sözlər:
qəsəbə, şəhər əhalisi, demoqrafik proseslər, urbanizasiya, Bakı şəhəri
ƏDƏBİYYAT
- Azərbaycanın demoqrafik göstəriciləri. Bakı DSK, 2020, 529 s.
- Azərbaycanın əhalisi. Bakı DSK, 2020, 135 s.
- Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı 2015, 328 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı 2015, 399 s.
- Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıya almasının yekunları. I hissə. əhalinin sayı, cins-yaş tərkibi. Bakı, DSK, 2000, 565 s.
- Azərbaycan Respublikası əhalisinin 2009-ci il siyahıya almasının yekunları. I hissə. əhalinin sayı, yerləşməsi,cins, yaş tərkibi və nikah vəziyyəti. Bakı, DSK, 2010, 629 s.
- “Bakı şəhər və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” 17 yanvar 2014.
- Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. Bakı 2016, 200 s.
- Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayonunda iqtisadi-sosial bazanın tənzimlənməsi istiqamətləri. Coğrafiya və təbii resurslar № 1, 2016. s 70-73.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
- Əfəndiyev V.Ə., Dəmirqayayev Ş.Q. Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri. Bakı 1995, 176 s.
- Əfəndiyev V.Ə., Qasımova F.E. Azərbaycanda qəsəbə. Bakı 2013, 219s.
- Əfəndiyev V.Ə., Nağıyev S.Q. Geourbanistika. Bakı 2016, 272 s.
- “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 13 iyun 2000-ci i № 892-IQ
- Hacızadə Ə.M. Azərbaycan SSR əhalisi və onun məskunlaşması. Bakı 1965, 216 s.
- Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O., Azərbaycan SSR-də əhalinin məskunlaşma məsələləri. Bakı 1988, 192 s.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə