AZƏRBAYCANIN İNZİBATİ RAYON MƏRKƏZLƏRİ VƏ ONLARIN SOSİAL-DEMOQRAFİK İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Z.N.Eminov1, L.M.Abasova2
1AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2Azərbaycan Dövlət Pedaqoji Universiteti
X ü l a s ə. İnzibati-ərazi bölgüsünün aparılması ölkənin regionlarının idarə edilməsi, əhalinin sosial-mədəni tələbatının ödənilməsi, məskunlaşmanın nizamlanmasının həyata keçirilməsi, yerlərdə mövcud olan təbii ehtiyatlar və təbii-iqtisadi potensialından istifadə edilməsi üçün vacib amillər sırasındadır. Ölkənin inzibati-ərazi bölgüsünün aşağı vahidləri olan inzibati rayonların davamlı inkişafının təmin edilməsində onların funksiоnal mərkəzləri aparıcı rola malikdir. Rayon mərkəzləri funksiyasını yerinə yetirən şəhərlərin sosial-iqtisadi potensialının güclü olması ətraf ərazilərin inkişafına da öz təsirini göstərir, regionların demoqrafik potensialını yerlərdə toplayır, əhalinin iş yerləri ilə təminatı üçün mərkəzlər rolu oynayır.
Azərbaycanda inzibati rayonların böyük əksəriyyətinin mərkəzi şəhərlər olsa da, onların sosial-iqtisadi və demoqrafik potensialı zəifdir. Bir çox hallarda onlarda əhalinin sayı qanunvericilikdə göstərilən minimum səviyyədən aşağıdır. Ona görə hələlik regionların ölkənin inkişafında payı aşağıdır, bu sahədə Abşeron və digər iqtisadi rayonlar arasında kəskin fərqlər vardır. Bunları nəzərə alaraq inzibati rayon mərkəzlərinin müasir problemlərinin öyrənilməsi və onların aradan qaldırılmasının elmi-metodiki əsaslarının işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: inzibati rayonlar, inzibati-ərazi bölgüsü, inzibati idarəetmə funksiyaları, rayon tabeli şəhərlər, regional mərkəzlər, demoqrafik inkişaf, şəhərlərin təsnifatı
ƏDƏBİYYAT
- Azərbaycanın demoqrafik göstəriciləri 2017. Bakı, DSK, 2018, 492 s.
- Azərbaycanın əhalisi – 2017, Bаkı, DSК, 2018, 138 s.
- Azərbaycanın statistik göstəriciləri – 2016. Bakı, DSK, 2017, 814 s.
- Azərbaycanın kənd təsərrüfatı – 2016. Bакı, ДSК, 2017, 608 с.
- Azərbaycanın regionları – 2016. Bаkı, DSК, 2017. 806 s.
- Azərbaycanın sənayesi 2017. Bаkı, DSК, 2018, 327 s.
- Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyaalmasının yekunları. I hissə. Əhalinin sayı, cins-yaş tərkibi. Bakı, DSK, 2000.
- 2009-cu ilin siyahıyaalma materialları. Əhalinin sayı, cins-yaş tərkibi. Bakı, DSK, 2010.
- 2009-cu ilin siyahıyaalma materialları. Məşğul əhalinin iqtisadiyyat sahələri üzrə bölgüsü. XIII cild. 2010.
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). “Azərbaycan” qəz, Bakı, 2004, 13 fevral.
- Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. “Respublika” qəz, Bakı, 2009, 16 aprel.
- Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. “Respublika” qəz, Bakı, 2014, 28 fevral.
- Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər). Bakı, DSK. Yanvar 2014, 507 с.
- Regionların sosial-iqtisadi inkişafı (2014-2018-ci illər). Bakı, DSK. Yanvar 2016, 594 с.
- Yeni iş yerləri. Statistik məcmuə. Bаkı, DSК. Yanvar, 2009. 294 s.
- Yeni iş yerləri. Statistik məcmuə. Bаkı, DSК. Yanvar, 2014.
- Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı, 2015, 327 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
- N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- Müstəqillik yollarında – 25. AMEA. Bakı, 2016. s. 382-486.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.
- Əfəndiyev V.Ə., Nağıyev S.Q. Geourbanistika. Bakı, 2016. 272 c.
- Azərbaycan SSR. İnzibati-ərazi bölgüsü. Bakı, Azərnəşr, 1979, 221 c.
- Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Qanun. Bakı, 13 iyun 2000.
- Azərbaycanın inzibati-ərazi quruluşu (1828-2010). Tərtib edən Qarayev İ. Bakı, 2010. 332 s.
- Надиров А.А. Вопросы экономического развития городов Азербайджанской ССР. Баку, 1966. 166 с.
- Мехралиев Э.Г. Географические проблемы формирования и размещения населения в Азербайджанской ССР. Баку, 1984. 196 с.
- Гаджизаде А.М. Азербайджанский промышленный комплекс. Б., 1975, 204 с.