Coğrafiya və təbii resurslar

AZƏRBAYCANDA REGİONAL İQLİM DƏYİŞMƏLƏRİ VƏ ONUN HİDROMETEOROLOJİ  ŞƏRAİTƏ TƏSİRİ

R.N.Mahmudov

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

X ü l a s ə

Hazırda dünyada həllini gözləyən iki təbii problem varsa onun biri-qlobal və lokal miqyaslı iqlim dəyişmələri, digəri isə, artan dünya əhalisinin şirin su­ya olan tələbatının ödənilməsi – su problemidir. Son bir neçə onilliklərdə pla­netin müxtəlif regionlarında iglim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrin, təbii fəlakətlərin təkrarlanması,davamiyyəti dur­ma­dan artır. Bu həm,ayrı-ayrı dövlətlərin, ümumilikdə isə, bütün dünya əha­li­sinə, iqtisadiyyata dəyən zərərləri qaçılmaz edir. Məqalədə elmi- tarixi və real hidrometeoroloji müşahidə məlumatlarına əsaslanmaqla dünya üzrə iqlim dəyişmələrinin xroniki elmi təhlili aparılır və Azərbaycan ərazisində regional iq­lim dəyişmələrinin müasir təsirləri tədqiq edilir. Bu məqsədlə çoxsaylı hid­ro­meteoroloji müşahidə məntəqələrinin çoxillik məlumatlarından istifadə et­məklə Azərbaycan ərazisində müxtəlif yüksəklik intervalları və ayrı-ayrı təbii ərazi vahidləri üzrə real iqlim dəyişmələri və onun çayların axımına təsiri mü­qa­yisəli, statistik təhlil metodları ilə qiymətləndirilir. Çoxillik müşahidə mə­lumatlarına və elmi faktlara əsaslanmaqla alınmış real nəticələrin nəzəri və praktik əhəmiyyət daşıyacağına ümid edirik.

Açar sözlər:

iqlim dəyişmələri, temperatur yağıntı, təhlükəli hidrometeoroloji hadisələr, balans elementləri, çoxillik norma, qar-buz örtüyü

 

ƏDƏBİYYAT

1.Bağırov H., Mahmudov R. Antraktida iqlimi, qlo­bal təsirlər. Bakı 2009, 227s.

2.Mahmudov R. Azərbaycanda təhlükəli hidro­mete­oroloji hadisələr (azərb., rus,ingilis dillərində), Bakı 2014, 130s.

3.Mahmudov R. Müasir iqlim dəyişmələri və təhlü­kəli hidrometeoroloji hadisələr. Bakı, 2018, MAA-nın nəşri, 231s.

4.Георгиевский В. Материалы 7-го Всероссий­ско­го гидрологического сьезда. Росгидромет, Санкт-Петербург, 2014, 101с.

5.Махмудов Р. Региональные климатические из­менения в Азербайджане и их влияние на речной сток.Метеорология и Гидрология №9, Москва, 2016.

6.Изменения климата, физическая-научная ос­нова.Четвертый доклад об оценке Меж­пра­витель­ственный группы экспертов по изменению климата WMO/UNEP. Женева-2007, 163с.

 

Çapa qəbul olunub: 05 oktyabr 2021

Məqaləni yüklə