AZƏRBAYCANDA MÜASİR İQLİM DƏYİŞMƏLƏRİNİN BƏZİ XƏSTƏLİKLƏRƏ TƏSİRİNİN TƏDQİQİ
R.M.Məmmədov1, M.S.Həsənov1, C.N.Əhmədova1 , U.R.Tağıyeva2
1 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi
X ü l a s ə
Dünyada baş verən iqlim dəyişmələrinin əsas təzahürlərindən biri iqlimin istiləşməsidir. Araşdırmalar göstərir ki, Azərbaycanda da son onilliklərdə iqlimin istiləşməsi və yay aylarında güclü isti günlərin təkrarlanmasının və davamiyyətinin artması müşahidə edilir. 1961-1990-cı illərin yay ayları ərzində Bakıda havanın maksimal temperaturunun 35oC və daha çox olan günlərin sayı 86 gün, 1991-2015-ci illər dövründə 265 gün, Şəkidə müvafiq olaraq 67 və 163 gün qeyd edilmişdir. İqlim dəyişmələrinin təsirlərinə məruz qalan sahələrdən biri də əhalinin sağlamlığıdır. Məqalədə müxtəlif iqlim tiplərində yerləşən Bakı və Şəki şəhərlərində yay aylarında güclü istilərin əhalinin sağlamlığına və ölkədə müşahidə olunan iqlimin istiləşməsinin yoluxucu xəstəliklərdən ümumi kəskin bağırsaq infeksiyalarının artmasına göstərdiyi təsirlər araşdırılmışdır.
Açar sözlər: iqlim dəyişmələri, güclü istilər, isti hava dalğaları, qan dövranı sistemi xəstəlikləri, yoluxucu xəstəliklər
ƏDƏBİYYAT
- 1.BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Azərbaycanın Üçüncü Milli Məlumatı. Bakı, 2015, 100 s.
- 2.Əhmədova C.N. Şəki şəhərində ürək-damar xəstəlikləri ağırlaşmalarının hava şəraitindən asılılığı haqqında. Azərbaycan EA aspirantlarının elmi konfransının materialları. Bakı, 1997, s. 84-85.
- 3.Əhmədova C.N. Şəki-Zaqatala zonasında ürək- damar sistemi xəstəlikləri ilə əlaqədar ekometeoroloji şəraitin öyrənilməsi. İnsanın həyat fəaliyyətinin təhlükəsizliyi problemləri və onun tədrisi üzrə mütəxəssislərin ikinci respublika elmi-praktiki konfransının materialları. Bakı, 1999, s. 51-52.
- Əyyubov Ə.C. Şəkinin iqlimi. Elm, Bakı, 1988, 52 s.
- Əyyubov Ə.C., Musayev Z.F., Kərimov A.Ə., Hacıyev G.Y., Mustafayeva B.T. Bakı və Abşeron yarımadasının iqlimi və insan səhhəti. Bakı: Azərnəşr, 1997, 126 s.
- Qasımov M.S. Abşeron yarımadası əhalisinin rekreasiya təminatı. Bakı, “Qismət”, 2007, 327 s., səh 87.
- Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, 2018, 231 s.
- Yoluxucu xəstəliklərin immunnoprofilaktikasına dair Tədbirlər Proqramı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 19 №-li Qərarı.
- Ахмедова Дж.Н. Влияние периодов жары на здоровье населения Aбшеронского полуострова. Терапевтический Вестник. №3 (43). Алматы, 2014, s.154-156.
- Ахмедова Дж.Н. Изменения климата и эпидемиология инфекционных болезней в Азербайджанской Республике. Центрально-Азиатский Медицинский журнал имени Миррахимова. Том XXI, № 1. Бишкек, 2015, с. 91-96.
- Əhmədova C.N., Tağıyeva U.R. Влияние изменения климата на волны жары в Баку и на Абшеронском полуострове. Azərbaycan Milli Elmlər Akademiyası, Xəbərlər, Yer Elmləri. Bakı, №1-2, 2016, səh. 69-72.
- Изменения климата и здоровье человека: угрозы и ответные меры. Резюме. ВОЗ, ВМО, ЮНЕП, 2003. 41 стр.
- МГЭИК, 2014: Изменение климата, 2014 г.: Обобщающий доклад. Вклад Рабочих групп I, II и III в Пятый оценочный доклад Межправительственной группы экспертов по изменению климата [основная группа авторов, Р.К.Пачаури и Л.А.Мейер (ред.)]. МГЭИК, Женева, Швейцария, 163 стр.
- Climate Сhange and Human Health: Risks and Responses /editors: A.J.McMichael et al. WHO. Geneva, 2003, 322 p.
- 15. Taghiyeva U.R., Hasanov M.S., Ahmadova J.N., Ahmadova Q.B., Mammadova A.F. Risk of Abnormally hot day for the Population of Baku and Assesment of efficiency of possible Adaptation actions. Journal of Climatology and Weather Forecasting, Research Article, Vol 6(0): 228 DOI: 10.4172/2332-2594.1000228, USA, 2018.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin veb saytı
https://www.stat.gov.az/source/healthcare/