Məmmədov M.Ə., Əzizova N.Ə., Nəsirova Ç.A., Zülfüqarova M.A.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr. 115
mamed.1952@bk.ru
DOI: 10.59423/gnr.2024.50.46.006
Xülasə.
Məqalədə Abşeron yarımadasında Bakı şəhərində və ətrafında salınmış parklar və yaşıllıqlar altında yayılan şoran-şorakətli və suvarılan şoran torpaqların yayılma arealları araşdırılır. Boz-qonur torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin formalaşmasına üçüncü- dördüncü dövrlərin duzlu-gipsli çökmə süxurların, qumların, gillərin və əhəng daşlarının təsiri və torpaq əmələgətirən süxurların litoloji tərkibi tədqiq edilir. Abşeron yarımadasının geoloji-geomorfoloji quruluşunun alçaq dağlıq və təpəli düzənliklərdə boz-qonur torpaqların müxtəlif yarımtiplərinin yayılmasına təsiri araşdırılır. Yarımadada yayı quraq keçən yarımsəhra və quru-çöl iqlim şəraitində şimal-qərbdəki dağlıq hissəsində və düzənliklərində boz-qonur torpaqların müxtəlifyarım tiplərinin formalaşmasına təsiri araşdırılır. Abşeron yarmadasının qərbində alçaq dağlıq ərazilərdə geniş yayılan şoran-şorakətli və suvarılan-şoran boz-qonur torpaqların yayılmasına yarımsəhra bitki örtüyünün təsiri öyrənilmişdir. Abşeron yarımadasının mərkəz və qərb hissəsində yayılan şoran-şorakətli, suvarılan- şoran boz-qonur torpaqlarda salınmış qəsəbələr ətrafında olan parklarda, Nəbatət bağı altında və Ceyranbatan su anbarı ətrafında yayılan boz-qonur torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi təhlil edilir.
Açar sözlər: torpaq, humus, qranulomrtrik tərkib, mühit park, yaşıllıq.
ƏDƏBİYYAT
- Babayev M.P., O. İbadlı və başqaları. 2005. Azbaycan MEA mərkəzi Nəbatət bağı torpaqlarının müasir vəziyyəti və diaqnostikası. Mərkəzi Nəbatət bağının əsərləri, cild V, Bakı-2005, s. 48-65.
- Budaqov B. Ə., Mikayılov A. A., Ömərova X.İ. Azərbaycanda palçıq vulkanlarının inkişaf etdiyi rayonların lanşaftı. AMEA Coğrafiya institutunun fondu. Bakı- 1972, 253 s.
- Əlizadə E.K., Rüstəmov Q.İ., Kərimova E.C. Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri. Bakı-215, 245 s.
- Həsənov V.N., Qələndərov. və başqaları. Abşeron yarmadasının torpaq örtüyünün strukturasına relyefin və torpaqəmələgətirən süxurların təsiri. Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu . XVI cild, Bakı-Elm 2004,s.155-176
- Qələndərov Ç.S. Abşeron yarımadasının torpaq–ekoloji şəraiti və torpaq ehtiyatlarının proqnozlaşdırılması. Avtoreferat kənd təsərrüfatı üzrə fəlsəfə doktoru. (rus dilində), Bakı-1989, 29 c.
- Исмаилов Б.Х. Особенности экологических связей почвы и древесной растительности в лесных екосистемах юго – восточной оконечности Больщого Кавказа. Автор. канд. дисс. геог. наук. Баку-1986, 24 с.
- Мамедов М. А. Влияние почвенное- эко-логических условий аридной зоны на пло-довые породы (на примере севера- восточ-ного склона юго- восточной части Больщого Кавказа и Апшеронского полуострова) дисс. на соиск, канд. дис. геог. наук, Баку-1986, 218 с.
- Salayev M.Ə., Əliyeva R.Ə., Cəfərova Ç.M. Abşeron rayonunun torpaq xəritəsi. Miqyası 1: 100000, Bakı 1986.
- Ширинов Н.Ш. Геоморфология Апше-ронской нефтеносной области. Баку: Изд-во АН Азерб. ССР, 1965, с. 109-122.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
M.Ə.Məmmədov, N.Ə.Əzizova, Ç.A.Nəsirova, M.A.Zülfüqarova – Abşeron yarımadasının boz-qonur torpaqlarında parkların və yaşıllıqların sahəsinin genişləndirilməsi imkanları. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 32-39.
