Coğrafiya və təbii resurslar

ABŞERON YARIMADASININ BOZ-QONUR TORPAQLARINDA PARKLARIN VƏ YAŞILLIQLARIN SAHƏSİNİN GENİŞLƏNDİRİLMƏSİ İMKANLARI

Məmmədov M.Ə., Əzizova N.Ə., Nəsirova Ç.A., Zülfüqarova M.A.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr. 115
[email protected]
DOI: 10.59423/gnr.2024.50.46.006

Xülasə.

Məqalədə Abşeron  yarımadasında  Bakı şəhərində və  ətrafında salınmış  parklar və yaşıllıqlar altında yayılan   şoran-şorakətli  və suvarılan şoran torpaqların yayılma arealları araşdırılır.  Boz-qonur  torpaqların fiziki-kimyəvi  xüsusiyyətlərinin formalaşmasına üçüncü- dördüncü dövrlərin duzlu-gipsli çökmə süxurların,   qumların,  gillərin və əhəng daşlarının təsiri və  torpaq əmələgətirən  süxurların litoloji tərkibi tədqiq edilir.   Abşeron  yarımadasının  geoloji-geomorfoloji  quruluşunun  alçaq dağlıq və təpəli düzənliklərdə boz-qonur  torpaqların  müxtəlif  yarımtiplərinin yayılmasına təsiri araşdırılır. Yarımadada yayı quraq keçən yarımsəhra  və quru-çöl  iqlim şəraitində  şimal-qərbdəki  dağlıq hissəsində  və düzənliklərində   boz-qonur  torpaqların  müxtəlifyarım tiplərinin formalaşmasına təsiri araşdırılır.  Abşeron  yarmadasının qərbində  alçaq dağlıq ərazilərdə geniş yayılan şoran-şorakətli və suvarılan-şoran boz-qonur  torpaqların yayılmasına  yarımsəhra   bitki örtüyünün təsiri  öyrənilmişdir. Abşeron yarımadasının  mərkəz və qərb hissəsində yayılan şoran-şorakətli,  suvarılan- şoran boz-qonur torpaqlarda salınmış qəsəbələr ətrafında olan parklarda,  Nəbatət bağı altında və Ceyranbatan su anbarı ətrafında yayılan  boz-qonur  torpaqların  fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi təhlil edilir.

Açar sözlər: torpaq, humus, qranulomrtrik  tərkib, mühit park, yaşıllıq.

ƏDƏ­BİY­YAT

  1. Ba­ba­yev M.P., O. İbad­lı və  baş­qa­la­rı. 2005.  Az­bay­can  MEA  mər­kə­zi Nə­ba­tət ba­ğı tor­paq­la­rı­nın  müa­sir və­ziy­yə­ti və di­aq­nos­ti­ka­sı. Mər­kə­zi Nə­ba­tət ba­ğı­nın əsər­lə­ri,  cild  V, Ba­kı-2005, s. 48-65.
  2. Bu­da­qov B. Ə., Mi­ka­yı­lov A. A., Ömə­ro­va X.İ. Azər­bay­can­da pal­çıq vul­kan­la­rı­nın in­ki­şaf et­di­yi ra­yon­la­rın lan­şaf­tı.  AMEA  Coğ­ra­fi­ya ins­ti­tu­tu­nun fon­du. Ba­kı- 1972, 253 s.
  3. Əli­za­də E.K., Rüs­tə­mov Q.İ.,  Kə­ri­mo­va E.C.  Ab­şe­ron ya­rı­ma­da­sı­nın müa­sir land­şaft­la­rı­nın  eko­geo­kim­yə­vi xü­su­siy­yət­lə­ri.  Ba­kı-215, 245 s.
  4. Hə­sə­nov V.N., Qə­lən­də­rov. və baş­qa­la­rı. Ab­şe­ron yar­ma­da­sı­nın tor­paq ör­tü­yü­nün struk­tu­ra­sı­na rel­ye­fin və tor­pa­qə­mə­lə­gə­ti­rən sü­xur­la­rın tə­si­ri. Tor­paq­şü­nas­lıq və Aq­ro­kim­ya əsər­lər top­lu­su . XVI cild, Ba­kı-Elm 2004,s.155-176
  5. Qə­lən­də­rov Ç.S. Ab­şe­ron ya­rı­ma­da­sı­nın tor­paq–eko­lo­ji şə­rai­ti və tor­paq eh­ti­yat­la­rı­nın proq­noz­laş­dı­rıl­ma­sı. Av­to­re­fe­rat kənd tə­sər­rü­fa­tı üz­rə fəl­sə­fə dok­to­ru. (rus di­lin­də),  Ba­kı-1989,  29 c.
  6. Исмаилов Б.Х. Особенности экологических связей почвы и  древесной растительности в лесных екосистемах  юго – восточной  оконечности  Больщого  Кавказа.  Автор.   канд. дисс.  геог. наук.  Баку-1986, 24 с.
  7. Мамедов М. А. Влияние почвенное- эко-логических условий   аридной  зоны  на пло-довые  породы (на примере  севера- восточ-ного склона  юго- восточной  части  Больщого  Кавказа  и  Апшеронского  полуострова)  дисс. на соиск, канд. дис.  геог. наук, Баку-1986,  218  с.
  8. Sa­la­yev M.Ə.,  Əli­ye­va R.Ə.,  Cə­fə­ro­va Ç.M.   Ab­şe­ron  ra­yo­nu­nun  tor­paq xə­ri­tə­si.   Miq­ya­sı  1: 100000,   Ba­kı 1986.
  9. Ширинов Н.Ш.  Геоморфология  Апше-ронской нефтеносной области. Баку: Изд-во АН Азерб. ССР, 1965, с. 109-122.

Çapa qəbul olunub: 15 noyabr 2024

Məqaləni yüklə

M.Ə.Məmmədov, N.Ə.Əzizova, Ç.A.Nəsirova, M.A.Zülfüqarova – Abşeron yarımadasının boz-qonur torpaqlarında parkların və yaşıllıqların sahəsinin genişləndirilməsi imkanları. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 32-39.