YOL BOYUNCA GÜNƏŞ ELEKTROMOBİLİNİN ÜZƏRİNƏ DÜŞƏN GÜNƏŞ ENERJİSİ MİQDARININ MODELLƏŞDİRİLMƏSİ
R.H.Qardaşov, R.M.Məmmədov
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H. Cavid pr., 115
Xülasə. Məqalədə Günəş elektromobilinin panelinə düşən Günəş enerjisinin miqdarını hesablayan model təqdim olunur. Modelin giriş parametrləri − 1) Günəşin göy üzündə yerini təyin edən zaman anı və nöqtənin (elektromobilin) coğrafi koordinatları (en dairəsi, uz. dairəsi, dəniz səviyyəsindən yüksəkliyi); 2) yolun meyilliyini və nöqtənin kölgələnməsini ifadə edən kəmiyyətlər; 3) atmosferin optik vəziyyətini göstərən xarakteristikalardır. Modelin əsas çıxışı zamanın hər bir anında və yolun hər bir nöqtəsində elektromobilin panelinə düşən Günəş enerjisinin miqdarıdır. Bu modeli reallaşdıran proqram paketi elektromobillərin navigasiya sisteminin əsasını təşkil edəcək və onun optimal idarəsini həyata keçirəcəkdir.
ƏDƏBİYYAT
- Emegen G., Gokhan K., Erdogmus F. , Gardashov R. “The determination of sunglintlocation on the ocean surface by observing from the geostationary satellites” Terrestrial, Atmospheric and Oceanic Sciences (TAO), Vol. 17 No.1, March 2006, pp. 253-261.
- Gardashov R.G. and Eminov M.Sh. The Determination of the Sun Glint Geographical Coordinates by Observing from Meteosat 9 Satellite. Proceedings ,VII International Conference “Current Problems in Optics of Natural Waters”, 10-14 September, 2013, St.Petersburg, Russia, pp.154-158.