XƏZƏRİN AZƏRBAYCAN AKVATORİYASINDA NEFT-QAZ ÇIXARMA SAHƏLƏRİ, ONLARIN EKOLOJİ PROBLEMLƏRİ VƏ DƏNİZ EKOSİSTEMİNƏ TƏSİRİ
S.Ş.Gözəlova
Azərbaycan Dövlət Dəniz Akademiyası
Bakı şəhəri, Zərifə Əliyeva 18
X ü l a s ə
Məqalədə Xəzər dənizinin bir çox akvatoriyalarında müəllif tərəfindən aparılan tədqiqatlardan suların keyfiyyətinin kəskin pisləşdiyi aşkar edilmişdir. O, bu suları çirkləndirilmiş sinfindən çirkli sinfinə keçməsi səbəblərini araşdırmış və neft – qaz yataqlarının mənimsənilməsi prosesi zamanı tullantıların idarə edilməsi məsələsinə ekoloji cəhətdən, təhlükəsizlik nöqteyi nəzərdən yanaşmanın zəruliliyini göstərmişdir.
Müəllif həm də neft-qaz çıxarma sahələrində ekoloji vəziyyətin qeyri-qənaətbəxşliyi, neft-qaz hasilatı işlərini həyata keçirən müəssisələrdə formalaşan tullantılar idarə edilmədiyindən çirkab sular dolayısı ilə (Hövsan və 32 saylı kanallarla) Xəzər dənizinə axıdılması, neftli şlamların istehsalat sahələrində üst-üstə yığılaraq qalmaları, istehsalat sularının kortəbii halda əraziyə axıdılması məsələsini də araşdırmışdır.
Müəllif neft-qaz çıxarmanın dəniz ekosisteminə təsirinin araşdırılmasına xüsusi diqqət ayırmışdır. Belə ki, hazırda fəaliyyətdə olan platformalardan dənizə axıdılan çirkab suların analizlərini aparmış və geniş təhlil edərək belə qənaətə gəlinmişdir ki, bu kimi işlərin davam etməsi gələcəkdə də dəniz ekosisteminə mənfi təsiri gücləndirəcəkdir.
Açar sözlər: Dəniz, ekosistem, ekoloji vəziyyət, neft-qaz yataqları, çirkab sular
ƏDƏBİYYAT
1.Gözəlova S.Ş. Neftin dənizdə hərəkətinin ekoloji nəticələri // Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti Elmi-Texniki İnformasiya Bülletenı, 2004, 1-3, s. 61-64
- İsmayılov Ç.N. Xəzər dənizinin təbii sərvətləri. Bakı, “Nurlan”, 2007, 192 səh
- Məmmədov R.M., Muradov B., Tatarayev T.M. «Xəzər dənizində neft istehsalının ekoloji problemləri. Azərbaycan XXI əsrin astanasında I – III cild» Bakı –1999
- Nəbibəyli Z. Ekologiya və fövqəladə hallar. Bakı, 2012, 380 s.
- Мамедов Р.М., Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря. Баку. “Элм”, 2007, 436с
- Мехтиев А.Ш., Гюль А.К., Омарова Г.Дж. Исследование загрязнения северной части Азербайджанского побережья Каспия (по данным контактных и аэрокосмических измерений). Баку, 2009. 154 стр.