Coğrafiya və təbii resurslar

XƏZƏR DƏNİZİNDƏ GƏMİÇİLİYİN HİDROMETEOROLOJİ TƏMİNATININ ƏSAS SAHƏLƏRİ

F.Ə.Mirzəyev

Azərbaycan Dövlət Dəniz Akademiyası

AZ 1110, Baki ş, Z.Əliyeva pr.18

 

X ü l a s ə

Məqalədə dəniz hidrometeoroloji məlumatlardan Xəzər dənizində müx­tə­lif fəaliyyət sahələrində istifadəsi məsələlərinə baxılır. Hər bir fəaliyyət nö­vünə müvafiq hidrometeoroloji amillər  və onların dənizdə təhlükəsizliyin təminatında  rolu şərh edilir. Əsas fəaliyyət növləri olaraq dənizdə gəmiçilk, ba­­lıq ovu, elmi – tədqiqat işlərinin aparılması, dənizin açıq ərazilərində kar­bo­­hidrogen resurslarının axtarışı və istismarı, qəzalar zaman  xilasetmə-ax­ta­rış əməliyyatlarının aparılması və digər fəaliyyət növləri təhlil edilir. Qeyd edi­lir ki, Xəzər dənizində gəmilərin hərəkətinə, xüsusilə, yükdaşıma zamanı tə­sir edən hidrometeoroloji parametrlər içərisində küləklər, dalğalar, axınlar, su səviyyəsinin dəyişmələri əsas rol oynayır. Açıq dənizdə və sahillərində ba­lıq ovu əməliyyatlarının aparılmasında ən mühüm okeanoloji amil dəniz su­yu­nun temperaturu və havanın temperaturudur. Xəzərdə elmi – tədqiqat işləri apa­rılan zamanı isə əsas amil külək və onun yaratdığı dalğalardır. Dənizdə və şelf zonasında faydalı qazıntıların çıxarılması işlərində lokal ərazilərdə baş verən və proqnozlaşdırılan kompleks parametrlər nəzərə alınmalıdır.

Açar sözlər: Xəzər dənizi, hidrometeoroloji informasiyalar, fəaliyyət növləri, gəmiçilik, balıq ovu

 

ƏDƏBİYYAT

  1. Əliyev Ə.S. Gəmi sürücülüyü hidro­me­te­o­rologiyası Bakı. Elm 2007. 337 c
  2. Водный баланс и колебания уровня Кас­пийского моря. Моделирование и прогноз. – Под ред. Е.С. Нестерова М. Триада лтд. 2016 – 378 с.
  3. Гордиенко А.И., Дремлюг В.В. Гид­ро­ме­тео­рологическое обеспечение судовождение. – М.Транспорт, 1989. – 239 с.
  4. Гордиенко А.И., Захарьян Р.Г.  Пла­ва­ние су­дов в особо тяжелых погодных условиях. Учебное пособие, СПб. 2004, 97с.
  5. Козрь Л.А., Аксютин Л.Р.  Управление су­дами в шторм. Одесса , Фенике. 2006.197 с.

Çapa qəbul olunub: 27 yanvar 2020

Məqaləni yüklə