XƏRİTƏŞÜNAS-ALİM ŞİRBƏY ƏLİYEVİN YARADICILIĞINDA XƏZƏR DƏNİZİNİN TARİXİ-COĞRAFİ XƏRİTƏLƏRİNİN ELMİ İNTERPRETASİYASI
Ş.K.Əzizov
Xülasə. Məqalə xəritəşünas-alim Şirbəy Əliyevin (1907-1975) yaradıcılığına həsr olunmuşdur. O, 1935-ci ildə Moskva Mərz (sonra Geodeziya) İnstitutunu bitirmiş və geodeziya-kartoqrafiya təhsili almışdır. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda onun əmək fəaliyyəti 1946-cı ildən başlayır. Namizədlik dissertasiyası üçün elmi mövzu seçimini aparan Ş.Əliyev müxtəlif dovrlərə aid tarixi-coğrafi xəritələr əsasında Xəzər dənizinin səviyyə dəyişməsi mövzusu üzərində dayanmışdır. O, 1958-1975-ci illərdə xətitəçəkmə şöbəsinə rəhbərlik etmiş, həmin illərdə Coğrafiya İnstitutunda nəşr edilmiş əksər xəritələrin müəllifi, məsləhətçisi və ya redaktoru olmuşdur.
Xəzər dənizinin səviyyə dəyişməsini və tarixi xəritələrini tədqiq edən mütəxəssislər üçün Ş.Əliyevin elmi tədqiqatları haqqında məlumat əldə etmək imkanları az olmuşdur. Xüsusilə, onun tədqiqat materiallarının bir hissəsinin “Xəzər dənizi tarixi xəritələrdə” (1973) monoqrafiyasında Azərbaycan dilində nəşr edilməsi ona gətirib çıxardı ki, qonşu ölkədərdə bu kitabdan istifadə Xəzər tədqiqatçılarının bir çoxu üçün çətinlik yaratdı.
Məqalədə Ş.C.Əliyevin elmi əsərlərinin geniş ictimaiyyətə təqdim edilməsi məqsədi ilə onun elmi yaradıcılığının qısa səciyyəsi verilmiş, elmin inkişafına verdiyi nəticələr və töhfələr göstərilmişdir.
Açar sözlər: Xəzər dənizinin xəritələri, tarixi və coğrafi xəritələr, kartoqrafik tədqiqat metodu, dəniz səviyyəsindəki dəyişiklik, transqressiya, reqressiya.
ƏDƏBİYYAT
- Алиев Ш.Дж. 1973. Каспийское море на исторических картах. Баку, Изд-во «Элм», 130с. (на азерб. языке)
- Алиев Ш.Дж. 2007. Исторический обзор и анализ карт Каспийского моря до начала XIX в. Административные карты территории Азербайджана и их изменения за период 1813-1970 гг. Статьи. Баку: МВМ, 224 с.
- Азизов Ш.К. 2009. Крупный вклад в картографию Азербайджана (о книге Ширбека Алиева). «Известия» НАНА, науки о Земле, №1, с.105-106.
Çapa qəbul olunub: 27 yanvar 2020