Coğrafiya və təbii resurslar

TRANSMILLI KOMMUNIKASIYA LAYIHƏLƏRININ GEODEZIYA TƏMINATINA QOYULAN DƏQIQLIK TƏLƏBLƏRI

M.H.Qocamanov, Ə.İ.İsmayılov

Bakı Dövlət Universiteti

akademik Zahid Xəlilov küçəsi 23, AZ1048

Xülasə. Məqalədə transmilli kommunikasiya layihələrinin geodeziya təminatına qoyulan müasir dəqiqlik tələbləri əsaslandırılır və şərh edilir. Göstərilir ki, həll edilən mühəndisi məsələnin növü və ölçmə şəraitindən asılı olaraq geodeziya təminatına qoyulan dəqiqlik tələbləri dəyişir. Dəqiqlik tələbləri çoxsaylı faktorlardan asılıdır. Ümumən orta kvadratik və yolverilən (həddi) səhvlərlə səciyyələndi­rilir və onlara dair xüsusi normativ sənədlər hazırlanır. Lakin hal-hazırda mövcud olan sənədlər keç­miş sovetlər dövründə hazırlandığından, bugünün tələblərinə cavab vermir. Digər tərəfdən, trans­milli kommunikasiya xətlərinin geodeziya təminatına dair müddəalar həmin sənədlərdə öz əksini tapmır. Azərbaycanda transmilli kommunikasiya xətlərinin salınması yeni növ işlər olub geodezik təminatı özünəməxsus elmi və metodiki yanaşmalar tələb edir. Təqdim edilən məqalədə geodeziya təminatı meyarları, onların dəqiqlik tələblərinə təsir edən amillər, geodeziya təminatı işlərinin dəqiqliyinin qiymətləndirilməsi və digər məsələlərə baxılmış və məqalənin sonunda geodeziya təminatına qoyulan dəqiqlik tələbləri ümumiləşdirilərək cədvəl şəklində  verilmişdir.

ƏDƏBIYYAT

  1. QOCAMANOV M.H. 2014. Geodeziya ölçmələ­rinin hesablanması və tarazlaşdırılması. Bakı. 280 s.
  2. QOCAMANOV M.H., İSMAYILOV Ə.İ. 2015. Transmilli kommunikasiya layihələrinin geodeziya tə­minatının xüsusiyyətləri və problemləri. Coğrafiya: nə­zəriyyə, praktika və innovasiya. Respublika elmi-prak­tiki konfransın materialları, Bakı, s.463-468.
  3. İSMAYILOV Ə.İ. 2016. Transmilli kommuni­kasiya layihələri və onların geodeziya təminatı. Azər­baycan regionlarının coğrafi problemləri. Respublika elmi-praktiki konfransın materialları, Bakı, s.292-295.
  4. ГОДЖАМАНОВ М.Г. 2008. Реконструкция и развитие геодезических сетей с использованием спутниковых технологий. Москва-Баку, МБМ, 256 с.
  5. КЛЮШИН Е.Б., КИСЕЛЕВ М.И., МИХЕЛЕВ Д.Ш., ФЕЛЬДМАН В.Д. 2001. Инженерная геоде­зия. М.:Высш. шк., 464 с.
  6. ЯКОВЛЕВ Н.В. 1989. Высшая геодезия. М.: Недра, 445 с.

Məqaləni yüklə