TƏBİİ VƏ TEXNOGEN FƏLAKƏTLƏRİN AZƏRBAYCANIN NEFT-QAZ SƏNAYESİNİN ƏRAZİ TƏŞKİLİNƏ TƏSİRİ
N.Ə.Paşayev
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H. Cavid pr., 115
Xülasə. Məqalədə təbii və texnogen fəlakətlərin Azərbaycan Respublikasının neft-qaz sənayesinin ərazi təşkilinə və ətraf mühitə mənfi təsirinin iqtisadi və sosial-coğrafi baxımdan öyrənilməsinin aktuallığı əsaslandırılır. Respublika ərazisində yayılmış və inkişaf edən ayrı-ayrı təbii və texnogen fəlakətlərin neft-qaz hasilatına regional və lokal miqyasda təsiri ətraflı təhlil edilmiş və onlara qarşı səmərəli mübarizə aparılmasının yolları göstərilmişdir.
ƏDƏBİYYAT:
- Azərbaycanın sənayesi. ARDSК: Bakı, 2014, 340 səh.
- Mirzəyev A.B., Şıxəliyev F.B. Abşeron yarımadası və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-mədən ərazilərinin ekoloji problemləri və onların aradan qaldırılması yolları. Bakı: 2012, 368 səh.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı, 2010, 416 səh.