TƏBİİ-DAĞIDICI HADİSƏLƏR VƏ ONLARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASINDA SOSİAL SIĞORTA İŞİNİN ROLU
S.Q.Əliyeva
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H. Cavid pr., 115
Xülasə. Təbii-dağıdıcı hadisələr və proseslər təsərrüfat obyektləri və əhalinin şəxsi təsərrüfatına ciddi ziyan vuran amillərdir. Onlardan qorunmaq üçün davamlı olaraq tədbirlər görülsə də, bəzi hallarda bu prosesləri qabaqcadan xəbər vermək və mühafizə işləri aparmaq çətin olur. Ona görə sığortalanmanın tətbiq edilməsinə böyük ehtiyac vardır. Məqalədə təbii-dağıdıcı hadisələr və proseslərin nəticələrinin aradan qaldırılması üçün sığortanın tətbiqinin genişləndirilməsi zərurəti ön plana çəkilir, bu sahədə həyata keçirilməsi vacib olan tədbirlər təklif edilir.
Ədəbiyyat:
- Babaxanov N.A. Təbii fəlakətləri ram etmək olarmı? Bakı, 2006.
- Məhərrəmova X.C. Azərbaycan ərazisində baş verən dağıdıcı hidrometeoroloji hadisələr. Bakı, 2008.
- Azərbaycanın statistik göstəriciləri – 2013. Bakı, DSK, 2014.
- Azərbaycanın regionları – 2013. Bakı, DSK. 2014.
- Mahmudov R. Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələr. Bakı, 2014.
- Musayeva M.R. Daşqınların təsərrüfatın inkişafı və ərazi təşkilinə təsiri. Bakı, 2014.