Coğrafiya və təbii resurslar

ŞIRVAN DÜZÜ AQROLANDŞAFTLARININ GEOKIMYƏVİ ŞƏRAİTİNİN İNSAN SAĞLAMLIĞINA TƏSİRİ VƏ ONLARIN  YAXŞILAŞDIRILMASI YOLLARI

Q.İ.Rüstəmov, A.N.İsayev

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

AZ 1143, Bakı ş., H.Cavid pr., 115

[email protected], [email protected]

Xülasə. Şirvan düzü aqrolandşaftlarında 2012-2015-ci illərdə aparılan elmi tədqiqat işləri nəti­cəsində ərazidə yayılan makro və mikro-elementlərin miqrasiya və konsentrasiyasının qanunauyğunluqları öyrənilmişdir. Məqalədə Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətləri, mövcud geo­kimyəvi şəraitin bu aqrolandşaftlardakı canlıların − bitkilərin, heyvanların, xüsusən də insanların sağlamlığına təsiri və ərazi üçün səciyyəvi olan xəstəliklərin yayılma arealları araşdırılaraq konkret elmi dəlillərə əsaslanan tövsiyə xarakterli təkliflər verilir. İlk dəfə olaraq tədqiqat ərazisi üçün Coğ­rafi İnformasiya Sistemləri (ArcGİS) kompüter proqramından istifadə edilməklə ortamiqyaslı “Şir­van düzü aqrolandşaftlarının geokimyəvi xəritəsi” tərtib edilmişdir.

ƏDƏBİYYAT

  1. Abbasov V.M., Əliyeva R.Ə., Səlimova N.Ə., Abbasov M.M., Abbasov Ə.İ., Əsgərov , Abbasov Ş.M. “Ekoloji kimya”  Bakı, «Bakı» nəşriyyatı, 2003-cü il, 208 s.
  2. Azərbaycan Respublikasının “Milli Atlas”ı , Ba­kı, 2014 .səh. 281-282.s.
  3. Babayev M.P., İsayeva F.H., Cəfərova S.F. “Suvarılan torpaqların münbitliyinin bərpası və qorunub saxlanılması”. BAKI – «ELM» – 2010 , s-59.
  4. İsmayılov M.C. “Kür Araz ovalığı landşaftla­rının ekologiyası”. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri Bakı, 2003, s.65-70.
  5. Məmmədov Q.Ş., Xəlilov M.Y., Məmmədova S.Z. “Aqroekologiya”, Bakı, Elm – 2010, s 207-209, 256-258, 356-360.
  6. Nağıyev P.Y., İsmətova X.R. və b. “Kosmik təsvirlərin təhlili əsasında Kür-Araz düzənliyində kənd təsərrüfatı sahələrinin öyrənilməsi”. Azərbaycan Milli Aerokosmik Agentliyi, 2006, №3-4,  IX cild.
  7. Salmanov M.A., İsmayılov N.M., Cəfərov Ə.M. “Praktiki aqrobioekologiya”. BAKI – Elm -2013, (286 s) s.61-63, s.66-67.
  8. Şəkuri Bəhruz. “Azərbaycan torpaqlarının geo­kimyəvi xüsusiyyətləri”. Bakı, Elm, 2011, s 18-24, 158-160.
  9. Перельман А.И. Геохимия. Москва, 1989.

Məqaləni yüklə