Coğrafiya və təbii resurslar

ŞİRVAN ÇAYLARININ QIŞ AXIMLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ MƏSƏLƏLƏRİ

İ.A.Əyyubov

Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu

AZ1012, Bakı, Moskva pr., 67.

[email protected]

 

X ü l a s ə

Şirvan ərazisinin su ehtiyatlarından əsasən kənd təsərrüfatında suvarma, əhalinin içməli su təchizatında və müəyyən təsərrüfat məqsədləri üçün istifadə edilir. Aparılan bu təsərrüfat işləri çayların rejiminə böyük təsir göstərir. Ona görə də ərazi çaylarının su ehtiyatlarının ciddi hesabatı və onun düzgün proqnozlaşdırılması tələb olunur.

Məqalədə Azərbaycan Respublikası ərazisində formalaşan Şirvan çay­la­rının su ehtiyatlarından istifadənin hazırkı vəziyyəti araşdırılmış, hid­ro­loji xarakteristikası təhlil edilmişdir. Əsas diqqət dağ çaylarının qış axım­la­rından səmərəli istifadə olunmasına yönəlmişdir. Məqalədə çayların hidroloji re­ji­minə geniş şəkildə yer verilmişdir. Qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri fonunda çaylarda axımın azalması, yağıntıların ve­getasiya dövründə az düşməsi, suya təlabatın durmadan artması və s. dağ çaylarının qış axımlarından səmərəli istifadə məsələlərini daha da ak­tu­al­laşdırır.

Apardığımız təhlillər göstərmişdir ki, Şirvan çaylarının qış axımlarından səmərəli şəkildə istifadə edilmir və həmin dövrdə çay axımları tranzit rolunu oynayırlar. Bütün bunları nəzərə alaraq, tədqiqat ərazisindən axan çayların qış axımlarından ekoloji axımlar nəzərə alınmaqla, əhalinin dayanıqlı içməli su təchizatının aparılmasında istifadə olunması variantı araşdırılmışdır.

Açar sözlər: su ehtiyatları, dağ çayları, qış axımı, içməli su, ekoloji axım, təmizlənmiş su, səmərəli istifadə

 

ƏDƏBİYYAT

  1. Əyyubov İ.A. Daşağılçay hövzəsində səth və yeraltı sular arasındakı əlaqənin tədqiqi/ Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri. Cild 10. № 3, Bakı. 2018. 125-130 .
  2. Mahmudov R.N. Hidroloji proqnozlarların əsasları. Bakı, 2002, 155 s.
  3. Məmmədov Ə.Ş., Əyyubov İ.A. Yeraltı suların səth suları ilə qidalanmasının qiymətləndirilməsi və is­tifadə perspektivliyi.Azərbaycan Texniki Universiteti. Texnika Elmləri. Bakı. № 1, 2017, s. 70-75 .
  4. Иманов Ф.А. Водные ресурсы и их исполь­зование в трансграничном бассейне р. Куры// Санкт-Петербург, Свое издательство, 2016 -163 c.
  5. Мамедов А.Ш., Эйюбов И.А.Подготовка технических мероприятий для восстановления уровня подземных вод бассейна Дашагылчай. ГИД­РОМЕТЕОРОЛОГИЯ И ЭКОЛОГИЯ. № 2. Алматы. 2018. 181-191 с.
  6. Рустамов С.Г., Кашкай Р.М. Водный баланс Азербайджанской ССР. Баку: Элм, 1978, 109 с.
  7. Смольянинов В.М., “Водозоборы с ис­кус­ст­венным пополнением подземных вод для оро­ше­ния земель”. Монография. Воронежского госагро­уни­верситета. Издательство Истоки. Воронеж. 152.

 

Çapa qəbul olunub: 28 oktyabr 2022

Məqaləni yüklə