Coğrafiya və təbii resurslar

ŞİN VƏ KİŞ ÇAYLARI HÖVZƏLƏRİNDƏ TƏHLÜKƏLİ SEL HADİSƏLƏRİNİN (03.07.2016-cı ildə) YARANMA SƏBƏBLƏRİ

H.L.Mustafabəyli,  Y.R.Rəhimov

AMEA Səki Regional Elmi Mərkəzi,

AZ 5500 Şəki, L. Abdullayev k., 24

Xülasə. Məqalədə Kiş və Şin çaylarında baş vermiş 03.07.2016-cı il tarixli sel hadisələrində reqressiv landşaft növlərinə malik sel ocaqlarının fəallaşmasında bir çox fiziki, coğrafi, geomorfoloji, ekoloji, kimyəvi, geoloji amillərin iştirakına diqqət yetirilmiş və bu sellərin xarakterik xüsusiyyətləri aydınlaşdırılmışdır. Sellərin əmələgəlməsində qeyd edilən amillərin təsirləri olsa da, bu sellərin yaranmasının başlıca səbəbləri kimi qəfil isti hava təzahürlərinin təsirindən yüksək dağlıq ərazilərdə (2400–3000 m) qar altında yerləşən qırıntı materiallarının donunun intensiv surətdə açılması (yəni soliflükasiya prosesi) və yağan güclü leysan yagışları nəticəsində yaranan sürüşmə və uçqun proseslərinin həcminin kəskin surətdə artması hesab edilir.

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının regional coğrafi problemləri. Şəki-Zaqatala iqtisadi rayonu. Bakı. 2003.
  2. Əyyubov Ə. C. və b. Kiş və Şin çayları hövzələrinin selləri. Bakı. “Elm”,1998. s-215.
  3. Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri. Bakı.”Nurlan”, 2010. s-159.
  4. Mustafabəyli H.L. Tətbiqi geokimyanın bəzi problemləri. Bakı. “Nafta-Press”, 2007, s- 179.
  5. Rəhimov Y.R., Mustafabəyli H.L. Böyük Qaf­qazın cənub yamacı çaylarının sel fəaliyyəti və ona təsir edən təbii amillər. Az. Aqrar elmi jurnalı, 2014, 4, s- 101–104.
  6. Ландшафтная карта Азербайджанской ССР. под. ред. М. А. Мусейибова. Москва. 1975 г.
  7. Перельман А.И. Геохимия. Москва., “Выс­шая школа”1989 , 457 с.
  8. Э.Ш. Шихалибейли. Геологическое строе­ние и развитие Азербайджанской части южного склона Б.Кавказа. Баку. 1956 г., 223с.

Məqaləni yüklə