ŞAHDAĞ MİLLİ PARKININ BUFER ZONASINDA SOSİAL-İQTISADİ VƏZİYYƏTİN TƏHLİLİ: QUBA RAYONUNUN TİMSALINDA
E.A.Cəbrayılov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2024.66.61.010
Xülasə.
Mühafizə olunan ərazilər, xüsusən də milli parklar biomüxtəlifliyin və ekosistemlərin qorunması üçün həyati əhəmiyyət kəsb edir. Bununla belə, onların effektivliyi insan fəaliyyətinin təbii yaşayış mühiti ilə kəsişdiyi ətraf bufer zonaların idarə olunmasından da asılıdır. Bu tədqiqat Quba rayonunun timsalında Şahdağ Milli Parkının bufer zonasında sosial-iqtisadi göstəricilərin öyrənilməsinə yönəlib. Ərazidə biomüxtəliflik və mədəni irslə zəngin unikal ekosistemlər mövcuddur. Tədqiqatda kənd təsərrüfatı məhsuldarlığı, torpaqdan istifadə və təsərrüfatların əsas göstəriciləri təhlil etməklə, mühafizə və sosial-iqtisadi göstəricilər arasında qarşılıqlı əlaqə araşdırılır. Nəticələr kənd təsərrüfatı və yaşayış məntəqələrinin müxtəlif spektrlarını ortaya qoyur. Bufer zonasındakı yerli icmaların sosial-iqtisadi ehtiyacları ilə mühafizə məqsədlərinin tarazlaşdırılmasının vacibliyi vurğulanır. Bundan əlavə, əsas torpaqdan istifadə növləri və onların paylanması müəyyən edilməklə, peyk görüntülərindən istifadə edilmiş, torpaqdan istifadənin təsnifatı aparılmışdır. Bu anlayış torpaq idarəçiliyi və mühafizənin planlaşdırılmasında, təbii ehtiyatların davamlı inkişafının təmin edilməsində qərarların qəbulu üçün vacibdir.
Açar sözlər: Milli park, bufer zonası, kənd təsərrüfatı məhsuldarlığı, torpaqdan istifadə, davamlı inkişaf
ƏDƏBİYYAT
- Imrani Z.T. Guba-Khachmaz economic district. Baku: 2007. 172 p. (in Aze.).
- Ismayilov M., Jabrayilov E. Protected areas in Azerbaijan: landscape-ecological diversity and sustainability. Ankara Üniversitesi Çevrebilimleri Dergisi. 2019. V. 7. №. 2. pp. 31-42.
- Jabrayilov E.A. A’WOT analysis for sustainability of biodiversity and tourism in Shahdagh National Park, Azerbaijan. Journal of Geology, Geography and Geoecology. 2022. V. 31. №. 2. pp. 302-310.
- Palomo I., Martín-López, B., Potschin, M., Haines-Young, R., & Montes, C. National Parks, buffer zones and surrounding lands: Mapping ecosystem service flows. Ecosystem Services. 2013. V. 4. pp. 104-116.
- Population census in the Republic of Azerbaijan. 2019. Volume I of the State Statistics Committee of the Republic of Azerbaijan, Baku 2022. 684 p. (in Aze.).
- Rogan J., Chen D. M. Remote sensing technology for mapping and monitoring land-cover and land-use change. Progress in planning. 2004. V.61. №. 4. pp. 301-325.
- Rwanga S.S. & Ndambuki J.M. Accuracy assessment of land use/land cover classification using remote sensing and GIS //International Journal of Geosciences. 2017. V. 8. №. 04. pp. 611.
- Shafer C.L. National Park and reserve planning to protect biological diversity: some basic elements. Landscape and Urban Planning. 1999. V. 44. №. 2-3. pp. 123-153.
- Vanonckelen S., Lhermitte S., Van Rompaey A. The effect of atmospheric and topographic correction methods on land cover classification accuracy //International Journal of Applied Earth Observation and Geoinformation. 2013. V. 24. pp. 9-21.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
E.A.Cəbrayılov – Şahdağ Milli Parkının bufer zonasında sosial-iqtısadi vəziyyətin təhlili: Quba rayonunun timsalında. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 76-82.