ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONUNUN TURİZM POTENSİALI VƏ ONLARDAN İSTİFADƏ YOLLARI
K.Z.Zeynalova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
Xülasə. Azərbaycanın şimal-qərb hissəsində, Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda davamlı inkişafın ən optimal yollarından biri turizm təsərrüfatının inkişafı ilə bağlıdır. Məqalədə, Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda mövcud olan təbii və antropogen abidələr araşdırılmış, mehmanxanalar, onlarda olan nömrələrin sayı, birdəfəlik tutumu, yerləşdirilmiş şəxslərin və gecələnənlərin sayı, turizm baxımından ərazisinin inkişaf indeksi hesablanmış, turizmin indikatorlarını əks etdirən xəritə tərtib edilmişdir. Bu araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iqtisadi-coğrafi rayonda mehmanxana təsərrüfatının inkişaf etdirilməsi müsbət hal kimi hesab edilsə də, əsas problem onların çox hissəsinin Qəbələ inzibati rayonunda cəmlənməsidir. Digər ərazilər isə turizm təsərrüfatı baxımından zəif inkişaf etdirilir. Buna baxmayaraq, son illər regionda ekoloji turizm inkişaf etdirilməkdədir.
Açar sözlər: Şəki-Zaqatala, turizm, arxeoloji abidələr, memarlıq abidələr, sosial-iqtisadi inkişaf, mehmanxana, Ərazi İnkişaf İndeksi.
ƏDƏBİYYAT
- Dolkhanov A., Dadashova L., Garayev A. Fundamentals of sustainable forest management in Azerbaijan. Baku: 2012, p. 232.
- Geography of the Republic of Azerbaijan in 3 volumes. Regional Geography, Volume III. Baku: Europe, 2015, p. 400.
- Historical and cultural monuments of global importance. Baku: Decision No. 132 of the Cabinet of Ministers of the Republic of Azerbaijan, 2001, p. 162
- Huseynov I., Efendiyeva N. Fundamentals of tourism. Baku: Mars-Print, 2007, p. 442.
- Imrani Z.T, Soltanov E.Z, Fatullayeva M.S. The role of climatic factor in the development of tourism in Azerbaijan // Publications of the Azerbaijan Geographical Society, Volume XX. Baku: 2017, pp. 505-510
- Imrani Z.T., Rahimov Y.R. The role of new eco-tourism facilities in the sustainable development of Sheki-Zagatala economic-geographical region // Geography and Natural Resources, №2(8). AGG works. Baku: Europe, 2018, p. 75-80.
- Mammadov E.G. Regional features of formation and management of the tourism market in Azerbaijan. Baku: Youth, 2013, p. 172.
- Mammadov M.Kh. Regional conceptual development: economic-environmental problems. Baku: Science, 2014, p. 376.
- National Accounts of Azerbaijan. Baku: SSC, 2019, p. 138.
- Regional geographical problems of the Republic of Azerbaijan. Edited by B.A. Budagov. Baku: Nafta Press, 2003, p. 190.
- Regions of Azerbaijan. Baku: SSCRA, 2019, p 788.
- Tagiev I.I., Ibragimova I.Sh., Babayev A.M. The mineral resources of Azerbaijan. Baku: Chashioghlu, 2001, p. 168.
- Soltanova H.B. Tourism and its development in the Republic of Azerbaijan. Baku: AzTU, 2015, p. 476.
Çapa qəbul olunub: 30 avqust 2020