ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONUNDA KƏND ETNOMƏSKUNLAŞMASININ TRANSFORMASİYASI
B.Ə.Hüseynova
Xülasə. Məqalədə Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda kənd etnoməskunlaşması, o cümlədən etnik azlıqların məskunlaşdığı kənd qrupları və əhalisi tədqiq edilmişdir. Şübhəsiz ki, müəyyən dövrlərdə sosial-iqtisadi və geosiyasi şərait ölkədə etnoməskunlaşmaya ciddi şəkildə təsir göstərmişdir. Baş verən bu sosial-iqtisadi və siyasi dəyişikliklər, o cümlədən miqrasiyalar, kəndli əməyinə olan tələbatın mexanikləşdirilmə səbəbindən azalması, aqrar-sənaye kompleksləri inkişaf etdikcə yaşayış məntəqələri arasında istehsal-iqtisadi, əmək, nəqliyyat və digər fərqlərin güclənməsi nəticəsində Azərbaycanın kənd etnoməskunlaşma sistemində əsaslı kəmiyyət və keyfiyyyət dəyişikliyi baş vermişdir. Kənd etnoməskunlaşma sistemində bu kimi fərqlərin ortaya çıxması bəzi kəndlərin ifrat dərəcədə məskunlaşılmasına, bəzi kəndlərin boşalmasına və emiqrasiyaların artmasına səbəb olmuşdur. Buna görə ölkənin ərazi bütövlüyü, strateji gələcəyi, multikultural dəyərlər və regionların davamlı inkişafı baxımından əhali məskunlaşmasının və təsərrüfatın səmərəli ərazi təşkilinin elmi əsaslarla öyrənilməsi vacibdir. Məqalədə polietnik mənzərəsi ilə fərqlənən kənd məskənlərinin transformasiyasına dair tövsiyələr və təkliflər verilmişdir.
Açar sözlər: kənd əhalisi, azsaylı etnoslar, etnodemoqrafik inkişaf, kənd etnoməskunlşaması, kənd qrupları.
ƏDƏBİYYAT
- All-Union Population Census of 1926 on the Azerbaijan SSR Baku. Azerbaijan Department of National Economic Accounting. 1928-29, (In Russian).
- Avdeev A. Population situation analysis: beyond the demographic transition in Azerbaijan. UNFPA / UNDP, Baku, 2015, 179 p., (In English).
- Baharlı M.H. Azerbaijan “Physical-geographical, ethnographic and economic essay”. “Azerbaijan Publishing House”, Baku, 1993, 192 p, (In Azerbaijani).
- Clifton M.J., Clifton A.D., Kirk P., Ljokjell R. The Sociolinguistic Situation of the Udi in Azerbaijan. SIL International, Baku, St.Petersburg, 2005, 123 p., (In English).
- Clifton M. J., Tiessen C., Deckinga G., Mak J. The Sociolinguistic Situation of the Inghiloi of Azerbaijan. SIL International, Baku, St.Petersburg, 2005, 50 p., (In English).
- Eminov Z.N. Population of Azerbaijan. Baku, 2005, 560 p., (In Azerbaijani).
- Geography of the Republic of Azerbaijan. Volume II, Economic, social and political geography. Baku, 2015, 328 p, (In Azerbaijani).
- Javadov G.J. Ethnic minorities and national groups of Azerbaijan. Baku, 2000, 436 p., (In Azerbaijani).
- Karimov R.N. Economic and geographical problems of rural settlement in Shaki administrative region. Demographic development in the Republic of Azerbaijan: Perspectives of settlement and regional problems, ANAS, Baku, 2017, 582 p., (In Azerbaijani).
- Karimov R.N. Research of rural settlement in Shaki-Zagatala economic-geographical region, The works of Azerbaijan Geographical Society, № 2, Baku, 2015, p. 95-99, (In Azerbaijani).
- Mammadov R.M., Eminov Z.N., Eyyubov N.H. Realities of population geography: development dynamics, settlement, resources and perspectives // On the way to independence 25 //, Baku, 2015, (In Azerbaijani).
- Muradov Sh.M., Bakhish Ch.A. Ethno-demographic processes in the Republic of Azerbaijan: historical changes and realities. Baku, 2013, 135 p., (In Azerbaijani).
- Niftiyev N.M. Coexistence and multiculturalism in Azerbaijan. Baku, 2015, 408 p., (In Azerbaijani).
- Pashayev N.A., Eyyubov N.H., Eminov Z.N. Economic, social and political geography of the Republic of Azerbaijan. Baku, 2010, 416 p., (In Azerbaijani).
- Population of Azerbaijan 2019, State Statistical Committee, Baku, 2020, 142 p., (In Azerbaijani).
- Population census materials in the Republic of Azerbaijan (1999). Volume IV. “Sada”, Baku, 2000, 565 p, (In Azerbaijani).
- Population census materials in the Republic of Azerbaijan (2009). Volume XIX. “Sada”, Baku, 2010, 629 p, (In Azerbaijani).
- Problems of population settlement and demographic development in Shaki-Zagatala economic-geographical region. ANAS. Institute of Geography. “Avropa”, Baku, 2016, 184 p., (In Azerbaijani).
Çapa qəbul olunub: 05 oktyabr 2021
Məqaləni yüklə