ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONUNDA İNFRASTRUKTURUN ƏRAZİ TƏŞKİLİ VƏ DAXİLİ FƏRQLƏRİ
X.A.Bədəlova
AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu, Az 1143, Bakı, H.Cavid pr., 115
Xülasə. Müasir şəraitdə regionların davamlı sosial-iqtisadi inkişafına nail olmaq və regional problemləri müəyyən etmək üçün qarşımızda duran əsas vəzifələrdən biri yerlərdə infrastrukturun inkişaf səviyyəsi və ərazi təşkilininin düzgün qiymətləndirilməsindən ibarətdir. Son 20 ildə Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun infrastrukturunda müəyyən irəliləyişlər nəzərə çarpsa da, xidmət sahələri ilə əhalinin artım sürəti və tələbatı arasında tərs mütənasiblik vardır. İnfrastrukturun bütün elementlərində şəhərlə kənd arasında fərqlər əvvəlki dövrlərdə olduğu kimi yenə də qalmaqda davam edir. Bu amil əhalinin kəndlərdən şəhərlərə, eləcə də başqa ölkələrə miqrasiya etməsi ilə müşahidə olunur. Problemi qismən də olsa aradan qaldırmaq məqsədi ilə tərəfimizdən coğrafi metodların tətbiqi və müasir elmin nəaliyyətlərindən istifadə etməklə tədqiqat ərazisinin infrastrukturunda mövcud olan daxili fərqlər müəyyən edilmişdir. Bu zaman hər bir yaşayış məntəqəsində əhalinin sayı və onların infrastrukturla təminat dərəcəsi araşdırılmış, regionun potensial imkanları dəyərləndirilmiş və inkişaf səviyyəsinə görə Şəki-Zaqatala iqtisadi-coğrafi rayonu üç zona ayrılmışdır.
Açar sözlər: Şəki-Zaqatala, infrastruktur, xidmət, ticarət, davamlı inkişaf, rayonlaşdırılma.
ƏDƏBİYYAT
- Regions of Azerbaijan. Baki; 2018, 794 p.
- Aliyeva M.I. The problems of production infrastructure in Azerbaijan. Baki, Sceince, 2012, 140 p.
- Hasanov T.G. Economic-geographical regionalization. Baki, Baki University, 2012, 245 p.
- IbrahimovaI.H The economy of agricultural industry. Baki, 2016, 655 p.
- The population settlement and the problems of demographic development in Sheki- Zakatala administrative region. Baki, 2016, 184 p.
- Imrani Z.T., Badalova K. A. Attractiveness of Azerbaijan Republic for sustainable development and investment. “Science and world” international scientific journal. № 12 (40), Vol.1. Volgograd, 2016, p. 92-95