ŞAMAXI – QOBUSTAN ZONASININ DAYANIQLI SU TƏMİNATI SİSTEMİNİN YARADILMASI
Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov, C.H.Hüseynov
«HIDROLOQ» Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1102, Bakı ş., Tbilisi pr.
DOI: 10.59423/gnr.2024.38.36.001
X ü l a s ə
Məqalədə Şamaxı və Qobustan zonasının su təminatının yaxşılaşdırılması ilə bağlı Şirvan çaylarının su ehtiyatından istifadə etməklə həll variantına baxılmışdır. Hal-hazırda bu zonada kənd təsərrüfatı bitkiləri əsasən dəmyə şəraitində əkilib-becərilir. Ərazidə yerüstü və yeraltı su ehtiyatları çox məhduddur. Ərazisinin əsas çayları Pirsaat və Qozlu çaylarıdır. Bu çaylar əsasən yağış suları ilə qidalanır və yay aylarında quruyur. Şamaxı və Qobustan şəhərləri istisna olmaqla ərazidə yerləşən kəndlərin su təchizatı əsasən bulaqlardan istifadə etməklə aparılır. Son illər yağıntıların azalması səbəbindən bir çox bulaqlar qurumuş və ya debitləri kəskin azalmışdır. Əksər yaşayış məntəqələrinin su təminatında hal-hazırda ciddi sıxıntılar vardır. Mərkəzləşdirilmiş su təchizatının aparılmaması və su təminatının zəif olması regionda kiçik sənaye sahələrinin və turizm obyektlərinin yaradılması üçün ciddi problemlər yaradır.
Ərazinin torpaq fondu və aqroiqlim şəraiti intensiv bağçılığın inkişaf etdiriməsi üçün geniş imkanlar yaradır. Lakin su çatışmazlığı bu imkanlardan yetərincə istifadəni məhdudlaşdırır. Bu regionun daha sürətli inkişafına nail olmaq üçün Ağsuçay, Girdimançay və Göyçay çaylarının su ehtiyatlarının bir hissəsinin bu zonaya yönəldilməsi təmin olunmalıdır. Apardığımız ilkin araşdırmalar bu çayların su ehtiyatından istifadə etməklə bu əraziyə özüaxar hidravliki rejimdə olmaqla saniyədə 1.5-2.0 kub metrə qədər suyun verilməsinin mümkün olduğunu göstərir.
Açar sözlər: su ehtiyatı, suvarma suyu, çay, su sərfi, çoxillik su sərfi, maksimal su sərfi, minimal su sərfi
ƏDƏBİYYAT
- Azərbaycanın kənd təssərrüfatı – 2013. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı 2013. 95 s.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklopediya: Meliorasiya və su təsərrüfatı. Bakı, 2016, 632 s.
- Əhalinin su təchizatı ilə təminatının vəziyyəti . Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı 2010. 65 s.
- Məmmədov M.Ə. Azərbaycanın hidroqrafiyası. Bakı, 2002. 254 səh.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafi-yası. Bakı, 1998. 237 s.
- Иманов Ф.А. Минимальный сток рек Кавказа. Баку. 2000. 298 с.
- Кашкай Р.М. Водный баланс Большого Кавказа в пределах Азербайджанской ССР. Баку: Элм, 1973. 110 с.
- Крицкий С.Н., Менкель М.Ф. Методические основы построения водохозяйственных балансов // Труды Гидропроекта. М.; Л., 1964. Вып. 12. с. 167–185.
- Руководство по составлению водохозяйственных балансов // Материалы ЕЭК ООН. Нью-Йорк, 1974. 89 с.
- Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Aзербайджанской ССР. Баку, 1989. 285 ст.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov, C.H.Hüseynov — Şamaxı – Qobustan zonasının dayanıqlı su təminatı sisteminin yaradılması. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 3-10.