KİÇİK QAFQAZ VİLAYƏTİNİN CƏNUB HİSSƏSİNDƏ İQLİM DƏYİŞMƏLƏRİNİN TEMPERATUR REJİMİNƏ TƏSİRİNİN XÜSUSİYYƏTLƏRİ
C.S.Hüseynov, X.G.Şirinov
Azərbaycan Hava Yolları QSC, Azəraeronaviqasiya HHİ
AZ 1104, Bakı, Zabrat Hava Limanı
DOI: 10.59423/gnr.2023.10.20.003
X ü l a s ə
Məqalədə regional iqlim dəyişmələrinin 1991-2015-ci illərdə Kiçik Qafqaz vilayətinin cənubunda hava temperaturu rejiminə göstəridiyi təsirlər tədqiq edilmişdir. Təhlillərdə Kiçik Qafqaz dağ silsiləsinin cənubunda düzənlik, alçaqdağlıq və ortadağlıq qurşağında yerləşən 13 hidrometeoroloji stansiyanın hava temperaturunun müşahidə və peyk məlumatlarından istifadə edilmişdir. Tədqiqatda 1991-2015-ci illər üzrə hava temperaturunun orta statistik göstəriciləri 1961-1990-cı illərin (norma) eyniadlı göstəriciləri ilə müqayisə edilmişdir. Regionda iqlim dəyişmələrinin temperatur rejiminə göstərdiyi təsirlərin aylıq, fəsillik, illik xüsusiyyətləri və çoxillik dinamikası araşdırılmışdır. Təhlillər göstərir ki, regionda bütün aylarda hava temperaturu artmışdır və artımın illik göstəricisi 0.80C-ə yaxındır. İl ərzində yay fəslində daha çox artım müşahidə edilmişdir. Çoxillik ərzində bütün stansiyaların temperatur göstəricilərinin dinamikası üzrə qurulmuş trend xətləri göstərir ki, stansiyaların trendləri Styudent meyarına görə statistik əhəmiyyətliyə malikdir. Bununla yanaşı, CİS mühitində tərtib edilmiş müasir temperatur paylanması xəritə-sxemi göstərir ki, yüksəkliyə doğru havanın temperatur göstəriciləri azalır. Bu regionda hava temperaturunun tədqiqi müasir dövr üçün yenidən qurulmaqda olan regionun iqlim xüsusiyyətlərinin müəyyənləşməsində xüsusi rol oynayacaqdır. Burada hidrometeoroloji şəraitin yenidən öyrənilməsi, sosial-iqtisadi, yaşayış infrastrukturunun qurulmasında tədqiqat işinin nəticələrindən istifadə edilə bilər.
Açar sözlər: İqlim dəyişmələri, temperatur rejimi, çoxillik dinamika, anomaliya, norma kəmiyyəti, korreliyasiya, tendensiya.
ƏDƏBIYYAT
- BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına Azərbaycanın III milli məlumatı / tərt. ed. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi.- Bakı, — 2015, — 102 s.
- Hüseynov N.Ş. Sinoptik meteorologiya / N.Ş. Hüseynov. -Bakı: Səda, -2011. -316 s.
- Hüseynov, S., İbrahimova İ.V. Kür-Araz ovalığında uzunmüddətli temperatur dəyişmələrinin xüsusiyyətləri // -Bakı: Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri, — 2020. — c.22, -№1-2. -s. 80-86.
- Hüseynov C.S. İqlim dəyişmələrinin Kiçik Qafqaz vilayətinin şimal-şərq hissəsində yağıntı rejiminə təsirinin qiymətləndirilməsi // “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans materialları, Bakı: –26 aprel, – 2022. s.477–488.
- İmanov F.Ə. Hidrometeorologiyada statisik metodlar / F.Ə.İmanov. -Bakı: MBM, — 2011, — 272 s.
- Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial-iqtisadi inkişaf potensialı // red. Z.N.Eminov ilə. Bakı, “Optimist”, 2021, 536 s.
- Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr / R.N.Mahmudov. -Bakı: Milli Aviasiya Akademiyası, -2018. -232 s.
- Səfərov S.H., Əhlimanova İ.V., Səfərov E.S. Reanaliz məlumatlarına əsasən 1991-2020-ci illərdə Şuşa şəhərinin temperatur və atmosfer yağıntıları rejiminin tədqiqi /-–Bakı: Coğrafiya və təbii resurslar, –2022. № 2 (17), –s. 10–17.
- Климат Азербайджана / Под. ред. Э.М.Шихлинский. -Баку: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, — 1968. — 360 с.
- Safarov S.H., Nasibli A.N., Huseynov J.S., Ibrahimova, I.V. İnfluence of climate warming on hail events in the western part of Azerbaijan // Proceedings of International Scientific Conference on Sustainable Development Goals, -Baku, -Azerbaijan, — 24 November -25 November, -2017. — p. 83-89.
- Web-based application developed by the Goddard Earth Sciences Data and Information Services Center. Source: giovanni.gsfc.nasa.gov
- Web-based application that provides solar and meteorological data sets from NASA research Source: power.larc.nasa.gov.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
C.S.Hüseynov, X.G.Şirinov — Kiçik Qafqaz vilayətinin cənub hissəsində iqlim dəyişmələrinin temperatur rejiminə təsirinin xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 21-28.