География и природные ресурсы

AZƏRBAYCANDA REGİONAL İQLİM DƏYİŞMƏLƏRİNİN VƏ ÇAY AXIMLARININ TƏHLİLİ

R.N. Mahmudov, S.H. Qurbanov, F.S. Dadaşova

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr. 115

[email protected]
DOI: 10.59423/gnr.2024.62.62.002

X ü l a s ə

Mə­qa­lə­də ço­xil­lik mü­şa­hi­də mə­lu­mat­la­rı­nın təh­li­li­nə əsa­sən re­gio­nal iq­lim də­yiş­mə­lə­lə­ri­nin müa­sir və­ziy­yə­ti və onun öl­kə­də çay axım­la­rı­na tə­si­ri mə­sə­lə­lə­ri­nə ba­xı­lır. Bu­nun üçün öl­kə­nin müx­tə­lif böl­gə­lə­rin­də yer­lə­şən 57  me­teo­ro­lo­ji, 104-ə qə­dər hid­ro­lo­ji stan­si­ya və mən­tə­qə­lə­rin 1960-2023-cü dövr­lə­ri əha­tə edən ya­ğın­tı, tem­pe­ra­tur, su sər­fi mü­şa­hi­də mə­lu­mat­la­rın­dan isi­ti­fa­də edil­miş­dir. Me­teo­ro­lo­ji mü­şa­hi­də mə­lu­mat­la­rı 1961-1990-cı il­lə­ri əha­tə edən ço­xil­lik nor­ma­ya nis­bə­tən 1991-2023 və 2007-2023-cü dö­vür­lər üz­rə mü­qai­sə­li təh­lil edil­miş və mə­lum ol­muş­dur ki, öl­kə­də or­ta ço­xil­lik tem­pe­ra­tur­lar 1991-2023-cü dövr üz­rə 1,10C, 2007-2023-cü dövr üz­rə isə 1,30C art­mış­dır. İq­lim mə­lu­mat­la­rı həm müx­tə­lif re­gi­on­lar,  həm də müx­tə­lif yük­sək­lik in­ter­val­la­rı üz­rə təh­lil edil­miş­dir. Gös­tə­ri­lən dövr­lə­rə mü­va­fiq fəs­li tem­pe­ra­tur­lar­da yaz fəs­lin­dən baş­qa di­gər fə­sil­lər­də art­ma mü­şa­hi­də edi­lir. Dün­ya­da ən çox is­ti il­lər ki­mi ta­ri­xə dü­şən 2018-ci il­də öl­kə əra­zi­sin­də or­ta çox il­lik tem­pe­ra­tur mü­va­fiq ola­raq +1,80C, 2023-cü il­də isə +2,20C nor­ma­dan yük­sək ol­muş­dur. Or­ta ço­xil­lik ya­ğın­tı­lar nor­ma­ya nis­bə­tən 37,0 mm azal­mış­dır. Çay­la­rın ço­xil­lik axım­la­rın­da, mak­si­mal su sərf­lə­rin­də azal­ma, qış mi­ni­mal axı­mın­da isə, art­ma mü­şa­hi­də edi­lir.

Açar sözlər: iqlim dəyişmələri, yağıntı, temperatur, su sərfi, yüksəklik intervalları, region, norma.

ƏDƏBİYYAT

  1. Qurbanov S.H. Davamlı inkişaf kontekstində ekoloji siyəsətin istiqamətləri və yaşıl iqtisadiyyat. “İZƏ” nəşriyyatı, Bakı – 2023. s. 271
  2. Mahmudov R.N. Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Milli Aviasiya Akademiyasının nəşri – Bakı 2022- 208 s.
  3. Махмудов Р.Н., Мусаева М.А., Влияние климатических изменений в Азербайджане на современные ледники и речной сток северо-вос-точного склона большого Кавказа. Slovak Inter-national scientific journal – №78, October 2023 pp. 65-78
  4. Бюллетень ВМО, 2224/163, Женева, март 2024.

 

Çapa qəbul olunub: 15 noyabr 2024

Məqaləni yüklə

R.N.Mahmudov, S.H. Qurbanov, F.S. Dadaşova – Azərbaycanda regional iqlim dəyişmələrinin və çay axımlarının təhlili. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 9-13.